Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Avqust

2019
10:24
İsrailli naziri Qüdsün müqəddəs olmadığını deyən Səudiyyə yazıçısını alqışladı

İsrailin ictimai təhlükəsizlik naziri Gilad Erdan Fələstindəki Qüds kompleksində yerləşən Əl-Əqsa məscidinin dini əhəmiyyət daşımadığını iddia edən Səudiyyə yazıçısının tvit statusunu paylaşıb. Bu barədə "Yerusəlim Post" yazıb.

FaktXəbər-in məlumatına görə, "Buradan, durduğum yerdən, Səudiyyə Ərəbistanından başqa heç bir müqəddəs torpaq yoxdur və Məkkə və Mədinədəki məscidlərdən başqa heç bir məscid müqəddəs deyil", - deyə çərşənbə günü Dr.Kasab Aletibi öz tvitter hesabında yazıb.

Aletibi vəhhabilik radikal ideologiyalarına əsaslanan Səudiyyə alimlərinin əqidəsinə istinad edərək bildirir ki, İslam öz tarixi ərzində ona təqdim etdiyi ünsürlərdən təmizlənməlidir.

"Ona (Əl-Əqsaya) verilən müqəddəslik, Allahın evləri kimidir, bizim məhəllədə yerləşən məscid kimi", - deyə səudiyyəli yazıçı bildirir.

Qeyd edək ki, yazıçının bu sözlərinə baxmayaraq, Əl-Əqsa məscidi və onun yerləşdiyi yer İslam, Yəhudilik və Xristianlığın davamçıları üçün müqəddəs məkan sayılır.

Müsəlmanlar Qüds kompleksinə və Əl-Əqsa məscidinə Məkkədəki Kəbə evi və Mədinədəki Peyğəmbər məscidindən sonra üçüncü müqəddəs məkan kimi baxırlar.

Dünyadakı bütün müsəlmanlar namaz qılarkən Kəbə evinə çevirirlər və imkanları varsa, həyatlarında ən azı bir dəfə bu ziyarətə getmək onlara vacib bilinir. Dindar yəhudilər isə Əqsa məscidinin də olduğu Qüdsdəki kompleksin qarşısında dayanırlar.

Məqalədə : Qüds Əl-Əqsa məscidi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Tovuzda 3 nəfəri elektrik cərəyanı vurub

23

Yanvar
18:33
HÜQUQ,HADİSƏ
239

Qubada körpələr evi yanıb

23

Yanvar
18:25
HÜQUQ,HADİSƏ
236

Yanvarın 24-nə manatın məzənnəsi

23

Yanvar
17:30
İQTİSADİYYAT
209

Qaqarinin maşını satışa çıxarılır

23

Yanvar
17:15
DÜNYA
292
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-01-2020 21:49



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru