Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Avqust

2019
13:06
1088
`Müzakirəyə hazırıq` deyib, müzakirə aparacaqları şəxsə sanksiya tətbiq edirlər

"ABŞ İranla müzakirəyə hazır olduğunu bildirsə də, müzakirə aparacaq şəxsə, İranın xarici işlər nazirinə sanksiyalar tətbiq edib."

FaktXəbər-in məlumatına görə, bunu İran Prezidenti Həsən Ruhani Təbrizə səfəri zamanı deyib.

Ruhaninin sözlərinə görə, bir ölkə ilə müzakirə aparmaq üçün həmin ölkənin xarici diplomatiya idarəsinin rəhbəri ilə danışıqlar olmalıdır: "Halbuki, ABŞ İranın Xarici işlər nazirinə sanksiyalar tətbiq edib. Sanksiyaların İrana zərəri olsa da, xeyri də olacaq. Lakin sanksiya tətbiq edənlər üçün zərərdən başqa heç bir faydası olmayacaq”.

İran prezidenti bildirib ki, sanksiyalar şəraitində İranın özünə arxalanaraq önəmli inkişaflar əldə etməsinə imkan yaranır.

Qeyd edək ki, ABŞ İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifə sanksiya tətbiq edib və Zərif də öz növbəsində, "Sağ olun ki, məni öz hədəfləriniz üçün böyük təhlükə hesab etdiniz", - deyə cavab verib

Məqalədə : Həsən Ruhani sanksiya 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Günün qarşılaşmaları TV AFİŞA

14

Sentyabr
15:12
İDMAN
331

Sabah hava yağmurlu olacaq

14

Sentyabr
14:00
ÖLKƏ
414

Aeroport yolunda növbəti qəza - VİDEO

14

Sentyabr
11:18
HÜQUQ,HADİSƏ
469

Həyatımızı təhlükəyə atan İNTERNET SƏHİYYƏSİ

13

Sentyabr
16:52
AİLƏ, SAĞLAMLIQ
942

Nazir post-patrul əməkdaşlarına qadağa qoydu

13

Sentyabr
16:12
HÜQUQ,HADİSƏ
563

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

13

Sentyabr
14:59
İQTİSADİYYAT
542
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-09-2019 16:17



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru