Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 İyul

2019
15:07
Türkiyə üçün ən böyük təhlükə ABŞ, ən yaxşı dost Azərbaycandır

Türkiyə üçün ən böyük  təhlükə ABŞ, ən yaxşı dost Azərbaycandır. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə Kadir Has Universitesinin «Türkiyənin Xarici Siyasətində İctimai Fikir» araşdırmasının yekunundan məlum olub.

Hesabatda deyilir ki, 2016-cı ildə sorğuda iştirak edənlərin 44.1 faizi ABŞ-ı ən böyük təhlükə kimi qiymətləndirərkən, cari ildə bu göstərici 81,3 faizə yüksəlib.

Siyahını uyğun sıra ilə İsrail (70,8%), Fransa (65% ) və İngiltərə (52,8%) davam edir. Bundan başqa anketdə iştirak edənlərin 44,2 faizi Rusiyanı, 41 faizi isə Çini təhlükə kimi qiymətləndirib.

Sorğunun nəticələrinə görə Azərbaycan 65,3 faiz səslə Türkiyənin ən böyük dostu kimi qəbul edilib. Bundan sonra siyahını 61,5 faiz səslə Türkmənistan və 59,8 faiz səslə Şimali Kipr davam edir.

Araşdırmaya qatılanların 44,5 faizi Azərbaycanla əməkdaşlığın tərəfdarı olub.  Bundan başqa 41,2 faiz iştirakçı türk dövlətlərlə, 19,2 faizi müsəlman ölkələrlə, 15,7 faizi NATO, 12,9 faizi isə Rusiya ilə əməkdaşlığı dəstəkləyib.

Qeyd edək ki, sorğu 26 əyalətdə keçirilib. 

Məqalədə : Türkiyə Azərbaycan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
19511

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
18117

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
19477

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
19048

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
24586

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
19036

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
19186
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-08-2020 21:05





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru