Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 İyul

2019
15:03
Milli Məclisin növbədənkənar iclası çağırılır?

Milli Məclisin (MM) mətbuat katibi Akif Təvəkküloğlu parlamentin növbədənkənar sessiyasının çağırılması ilə bağlı iyulun 2-də bəzi KİV-lərdə yayımlanan xəbərlərə münasibət bildirib.

A.Təvəkküloğlu “Report”a açıqlamasında iyulun 9-da və 12-də keçiriləcək plenar iclasların əvvəlcədən planlaşdırıldığını deyib: “Heç bir təcili iclasdan söz gedə bilməz. Sadəcə olaraq Milli Məclisin növbədənkənar sessiyası adi qaydada hələ davam edir və nöbədənkənar sessiyanın daha bir neçə iclası keçiriləcək. Növbəti iclaslar iyulun 9-u və 12-si üçün nəzərdə tutulub. Həmin vaxtda növbəti iclasların keçirilməsi gözlənilir”.

***

İyulun 9-da Milli Məclisin növbədənkənar iclası çağırılıb.

FaktXəbər-in məlumatına görə, Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu təsdiq edib ki, yaxın günlərdə parlamentin növbədənkənar sessiyasının keçirilməsi gözlənilir.

Deputat Fazil Mustafa isə etiraf edib ki, bu, Milli Məclisin iyul ayında növbədənkənar sessiyaya çağırıldığı ilk haldır:

"İyul ayında Milli Məclisin sessiyasının keçirilməsi ilə bağlı jurnalistlər fikrimi soruşublar, cavab vermişəm ki, böyük ehtimalla növbədənkənar iclas olacaqdır. Bunu mənə istinadən dəqiq tarix göstərilməklə xəbər olaraq vermək doğru deyil. Çünki sessiyanın dəqiq vaxtını və gündəliyini Milli Məclisin rəhbərliyi müəyyənləşdirir. Sessiyanın yaxın vaxtlarda keçirilməsi barədə məlumatı Mili Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu da təsdiqləyib. Hər bir halda mətbuat xidmətinin təsdiqlədiyi xəbər daha mötəbərdir".

Məqalədə : Milli Məclis 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Neft yenidən bahalaşıb

07

Dekabr
12:00
ÖLKƏ
117

Dünya bazarlarında təbii qaz kəskin ucuzlaşıb

07

Dekabr
11:40
İQTİSADİYYAT
150

Atəşkəs 24 dəfə pozulub

07

Dekabr
11:20
HƏRB
256

Bu gün MSK-nın iclası keçiriləcək

07

Dekabr
11:07
SİYASƏT
250

Həzrət Məsumənin (s.ə) vəfat günüdür

07

Dekabr
11:05
MƏNƏVİYYAT
271

Milli Məclisin deputatı vəfat edib

07

Dekabr
08:39
ÖLKƏ
356

Dekabrın 9-na manatın məzənnəsi

06

Dekabr
17:24
İQTİSADİYYAT
275

Bakıda hüquqşünas döyülüb

06

Dekabr
16:23
HÜQUQ,HADİSƏ
398

"Nokia 2.3" smartfonu təqdim olunub

06

Dekabr
15:55
MARAQLIDIR
336
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-12-2019 12:40



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru