Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 İyul

2019
15:15
1877
Nümunəvi sürücülər və yol polisləri təltif edilib

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyi “Yol polisi-sürücü münasibətləri” mövzusunda tədbir keçirib.

Tədbirdə Milli Məclisin deputatları, Baş Dövlət Yol Polisi və Bakı Şəhər Dövlət Yol Polisi idarələrinin yüksək rütbəli əməkdaşları iştirak edib. 

"Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri, Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı tədbirdə çıxış edərək bildirib ki, layihənin əsas məqsədi ölkədə yol hərəkəti mədəniyyətinin yüksəldilməsi, yol hərəkəti iştirakçıları arasında nizam-intizamın gücləndirilməsi naminə Dövlət Yol Polisi əməkdaşları ilə sürücülər və digər hərəkət iştirakçıları arasında qarşılıqlı inam və etimadın daha da gücləndirilməsidir. 

E.Muradlının sözlərinə görə, yol hərəkəti təhlükəsizliyinin müasir səviyyədə təmin olunmasını DYP-nin səmərəli nəzarəti olmadan təsəvvür etmək mümkün deyil: “Bu nəzarətin ali məqsədi yollarımızı daha təhlükəsiz etmək, cəmiyyətin fasiləsiz və rahat nəqliyyata olan ehtiyaclarının ödənilməsinə şərait yaratmaqdır. Layihə çərçivəsində sürücülərin müxtəlif istiqamətlərdə maarifləndirilməsi ilə yanaşı, yol polisi əməkdaşları ilə görüşlər keçirilir, yollarımızda mövcud olan əsas problemlər öyrənilir, xüsusən sürücülərin daha çox səhvə yol verdiyi məqamlar aydınlaşdırılır və onların aradan qaldırılması istiqamətində təbliğat işi aparılır”.

Çıxış edənlər yol polisi-sürücü münasibətləri ilə bağlı fikirlərini açıqlayıb, çatışmazlıqları qeyd edərək qanunvericiliklə bağlı müxtəlif təkliflər səsləndiriblər.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə yol polisi-sürücü münasibətlərinə həsr olunmuş layihə çərçivəsində baş tutan tədbirdə həmçinin yol hərəkəti qaydalarına əməl edən və iki il ərzində heç bir xəta törətməyən sürücülər, eyni zamanda nümunəvi xidmət təşkil edən yol polisləri təltif olunublar.  

Məqalədə : yol polisi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
574

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
402

Mərdəkan körpüsündən avtomobil aşıb

23

Avqust
14:18
HÜQUQ,HADİSƏ
263

Ramanada quru ot sahəsi yanır

23

Avqust
14:17
HÜQUQ,HADİSƏ
219

Günün qarşılaşmaları TV AFİŞA

23

Avqust
14:15
İDMAN
217

Deputat oğlunu həbsdən çıxartdırmaq istəyir

23

Avqust
12:48
HÜQUQ,HADİSƏ
357

Sabahın hava proqnozu açıqlanıb

23

Avqust
12:31
ÖLKƏ
433
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-08-2019 07:26



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru