Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 İyun

2019
19:22
Rusiya Azərbaycana Su-34 və Su-35 qırıcıları təklif edir - VİDEO

Rusiya Azərbaycana istənilən növ döyüş təyyarələrinin satışına hazırdır.

FaktXəbər-in “Azeridefence” portalına istinadən məlumatına görə, bu barədə Rusiyada təşkil edilmiş “Army-2019” Beynəlxalq Hərbi-Texniki Forumda təmsil olunan Rusiyanın Birləşmiş Aviatikinti Korporasiyasından məlumat verilib.

Təşkilat rəsmilərinin sözlərinə görə, Forum çərçivəsində Azərbaycanın Müdafiə Nazirliyinin heyəti ilə görüşlər keçirilib, təqdimatlar edilib:

“Biz indiyə kimi keçirilən görüşlərdə və bu gün mövcud layihələrimiz barədə Azərbaycan tərəfini məlumatlandırdıq”.

Korporasiya nümayəndələri bildiriblər ki, ötən illərdə Azərbaycana “Su-30SM” və “MiQ-35” təyyarələri təklif olunsa da, Azərbaycan tərəfi seçim etməyib.

“Army-2019” Forumunda Azərbaycana təklif olunan yenilənmiş “İl-76MD-90A” hərbi nəqliyyat, “Su-34” və “Su-35” döyüş təyyarələrinin Müdafiə Nazirliyinin heyəti üçün təqdimatı keçirilib. Rusiya tərəfi adı çəkilən təyyarələrin Azərbaycana ixracı üçün danışıqlara hazır olduğunu bəyan edib.

Məqalədə : Su-35 Su-34 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Abel Məhərrəmovun oğlu vəzifədən azad edildi

19

Aprel
13:24
HÜQUQ,HADİSƏ
145

Sabahın hava proqnozu açıqlandı

19

Aprel
13:13
ÖLKƏ
131

Tramp Baydeni dəstəklədi

19

Aprel
11:27
DÜNYA
415

Neft ucuzlaşıb

19

Aprel
09:42
İQTİSADİYYAT
275

İraqda hərbi baza raketlə vurulub

19

Aprel
09:30
DÜNYA
361

AMB-nin valyuta məzənnələri

19

Aprel
09:10
İQTİSADİYYAT
380
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-04-2021 15:42





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru