Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 İyun

2019
15:42
Həftənin ilk iş gününə hava proqnozu: güclü külək, leysan, dolu...

Sabah Bakıda və Abşeron yarımadasında  bəzi yerlərdə yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən FaktXeber.com-a verilən məlumata görə, güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək. 

Havanın temperaturu  gecə 19-22° isti, gündüz  23-26° isti, Bakıda gecə 19-21° isti, gündüz  24-26°  isti təşkil edəcək.

Atmosfer  təzyiqi 756 mm civə sütunundan  763 mm civə sütununa  yüksələcək. Nisbi rütubət  75-85  % olacaq.  

Abşeron çimərliklərində gözlənilən  hava şəraitinə gəlincə, şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) güclü şimal-qərb küləyi əsəcək, dəniz suyunun temperaturu  22-23° isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) güclü şimal-qərb küləyi əsəcək, dəniz suyunun temperaturu  23-24° isti təşkil edəcək. 

İyulun 1-də Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 25-30° isti, dağlarda gecə 9-14° isti,  gündüz  18-23°  isti təşkil edəcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sumqayıtda 22 yaşlı oğlan dənizdə batıb

22

Fevral
10:00
HÜQUQ,HADİSƏ
453

Düşmən atəşkəsi 23 dəfə pozub

22

Fevral
09:50
HƏRB
383

Şeyx Sərdar azadlıqdadır

22

Fevral
09:30
HÜQUQ,HADİSƏ
584

Şamaxıda zəlzələ baş verib

22

Fevral
08:18
ÖLKƏ
434

Fevralın 24-nə manatın məzənnəsi

21

Fevral
17:16
İQTİSADİYYAT
376
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-02-2020 04:35



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru