Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 İyun

2019
14:06
Sabah külək güclənəcək

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi günün ikinci yarısında arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-25, günün birinci yarısında 35-37, günün ikinci yarısında 30-33, Bakıda gecə 23-25, gündüz 32-34 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 750 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 30-35 faiz olacaq.

Abşeron çimərliklərinə gəldikdə, şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) şimal-qərb küləyi günün ikinci yarısında arabir güclənəcək. Dəniz suyunun temperaturu 24-25 dərəcə isti təşkil edəcək. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) də şimal-qərb küləyi günün ikinci yarısında arabir güclənəcək. Dəniz suyunun temperaturu 26-27 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda gecə 14-19, gündüz 22-27 dərəcə isti təşkil edəcək.

Bir neçə gün davam edən anomal isti hava şəraitindən sonra iyunun 29-u axşamdan iyulun 2-si gündüzədək Abşeron yarımadasında güclü xəzri küləyi fonunda temperaturun tədricən 5-10 dərəcə aşağı enəcəyi gözlənilir, bu da əksər əhali üçün əlverişlidir.

Məqalədə : Külək 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda yol qəzası - xəsarət alan var

17

Fevral
09:58
HÜQUQ,HADİSƏ
50

Bakı polisi 1 gündə 28 cinayətin üstünü açdı

17

Fevral
09:50
HÜQUQ,HADİSƏ
111

Xarici valyutaların manata qarşı məzənnələri

17

Fevral
09:40
İQTİSADİYYAT
167

MSK bu gün yenə toplanır

17

Fevral
09:21
SİYASƏT
214

Neft yenidən ucuzlaşıb

17

Fevral
09:10
İQTİSADİYYAT
230

Kamerunda qətliam

17

Fevral
08:37
DÜNYA
264

Bakıda qəza - prospektdə tıxac yarandı

15

Fevral
13:22
HÜQUQ,HADİSƏ
546

Qarabağada erməni əsgəri ölüb

15

Fevral
12:22
HƏRB
436

İmişlidə 1500 abonentin qazı kəsilib

15

Fevral
11:58
ÖLKƏ
409

Vilayət Eyvazov baş mühəndisi rəis təyin etdi

15

Fevral
10:48
HÜQUQ,HADİSƏ
719
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-02-2020 10:04



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru