Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 İyun

2019
13:09
6580
Bu proqram telefonunuzda varsa, DƏRHAL SİLİN!

“Kaspersky Lab” şirkətinin mütəxəssisləri “Google Play”də zərərli bekdor “MobOk” proqram təminatı ilə təhciz olunmuş iki fotoredaktor həlli tapıb.

FaktXəbər-in məlumatına görə, tətbiqlərə abunə ingilis, rus və tay dillərində, həm də ödənişli əsaslarla olub. Zərərli proqram gizli hərəkət edib və zərərçəkmişlər ancaq mobil hesablarından pullar gözlənilmədən silindikdən sonra bundan xəbər tutublar. “Pink Camera” və “Pink Camera 2” yalançı fotoredaktorları 10 min dəfədən çox yüklənilib. Təhlükəli tətbiqlər “Google Play”dən artıq silinib.

Bekdor ən təhlükəli proqram təminatı olaraq, cinayətkarlara onun sahibinin xəbəri olmadan cihazı üzərində nəzarəti əldə keçirməyə imkan verir. “Pink Camera”dakı təhlükəni aşkarlamaq çətin idi, çünki tətbiqlər həqiqətən də fotoredaktor xidmətləri göstərir və rəsmi mənbədən yüklənirdi.

Ancaq “Pink Camera”nın fəaliyyəti diqqətli istifadəçini cəlb etməli idi. Çünki tətbiqlər Wi-Fi idarəetməsinə və bildirişlərə çıxış tələb edirdi ki, bu davranış fotoredaktor tipli tətbiqlər üçün xarakterik deyil.  

Tətbiqlər lazımi məlumatlara çıxışı əldə edən kimi, onlara yüklənmiş bekdor fon rejimində cihaz haqqında məlumatları toplayaraq cinayətkarların serverinə göndərirdi. Nəticədə, zərərli proqram abunə olma səhifəsinə gətirib çıxaran bir sıra linklər alırdı. Daha sonra “MobOk”, müvafiq sətirə istifadəçinin telefon nömrəsini əlavə edirdi, üstəlik, əgər abunə səhifəsi “CAPTCHA” texnologiyası ilə qorunubsa, bekdor onu avtomatik keçirdi. Əgər abunəni aktivləşdirmək üçün SMS kodu tələb olunurdusa, zərərli proqram bildirişlər haqqında məlumatı istifadə edərək bu mərhələdən müvəffəqiyyətlə keçirdi. Bütün bunlar istifadəçinin iştirakı olmadan və ondan xəbərsiz reallaşırdı.

“"Pink Camera” fotoredaktorları xüsusi imkanları ilə seçilmirdi, ancaq onların gizli fəaliyyəti bizi çox təəccübləndirdi.  Gizli bekdor funksiyaları istifadəçilərdən pul oğurlamağa imkan verirdi. Bu kimi zərərli proqramların qurbanına çevrilməmək üçün istifadəçilərə tətbiqləri hətta rəsmi mənbədən yükləyərkən tələb olunan məlumatlara diqqət yetirməyi, eləcə də mobil cihazlarına “Android üçün Kaspersky Internet Security” həllini yükləməyi tövsiyə edirik”, deyə “Kaspersky Lab” şirkətinin  antivirus mütəxəssisi İqor Golovin bildirib.

  

“Kaspersky Lab” həlləri istifadəçiləri MobOk-dan qoruyur.

Məqalədə : foto redaktor 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Pakistan prezidenti Bakıya səfər edəcək

21

Oktyabr
19:58
SİYASƏT
30

Hansı oyun, hansı kanalda?

21

Oktyabr
15:58
İDMAN
56

Mingəçevirdə yeni doğulan körpə ölüb

21

Oktyabr
15:18
HÜQUQ,HADİSƏ
47

Yol vergisindən toplanacaq vəsait artacaq

21

Oktyabr
14:20
NƏQLİYYAT
59

Sabahın hava proqnozu açıqlanıb

21

Oktyabr
14:17
ÖLKƏ
54
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-10-2019 04:55



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru