
“Hazırda Azərbaycanda qrip epidemiyası sönüb. Havanın temperaturu getdikcə yüksəldiyi üçün respirator virus infeksiyaları da azalmağa başlayıb. Hazırda ölkədə qrip xəstəliyi yoxdur”.
FaktXəbər bildirir ki, bunu “Report”a açıqlamasında respublikanın Baş infeksionisti Cəlal İsayev deyib.
Onun sözlərinə görə, bəzi insanlarda müşahidə olunan öskürəyin səbəbi qriplə əlaqəli deyil: “Bir sözlə may ayının başlanmasından sonra qripdən söhbət gedə bilməz. Olsa da tək-tək olar, ancaq bu qripinin yayılması demək deyil. Çünki bu hal payız-qış mövsümündə özünü göstərir. Həmin dövrdə havalar soyuq keçdiyindən viruslar soyuğa davamlı olur və onların yayılmasına şərait yaranır”.
Mütəxəssis qeyd edib ki, ölkədə qızılca xəstəliyinə tutulma halları da azalıb və tam sönmək üzrədir: “Bu xəstəlik əsasən vaxtı ilə peyvənd etdirməyən 20-40 yaşlı insanlar arasında yayılmışdı. Həmin insanlara da ölkəyə gətirilən vaksinlər vuruldu. Həmçinin vaxtında peyvənd edilməyən 7-10 yaşlı uşaqlar arasında da təmizləyici immunlaşdırma tədbirləri aparılıb. Hazırda xəstəliyə yoluxma faktları tək-tək hallarda qeydə alınır. Təhlükə hələ ki tam şəkildə aradan qalxmayıb. Amma çox yaxın zamanlarda Azərbaycanda qızılca xəstəliyinin qarşısı tamamilə alınacaq”.
Qeyd edək ki, bu ilin fevral ayında Azərbaycanda böyüklərin immunizasiyası üçün qızılca-məxmərək əleyhinə 160 min dozada vaksinlər gətirilib. Vaxtilə hər hansı səbəbə görə qızılcaya qarşı peyvənd olunmayan 20-40 yaşlı insanlar ərazi üzrə poliklinikalara müraciət edərək peyvənd olunurlar.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun- 17-06-2020 12:44 Koronavirusun müalicəsi üçün ən effektiv dərman cəmi 10 manata başa gəlir
- 12-06-2020 16:10 Dünyanın genetik "ağları": Albinos
- 12-06-2020 14:25 Koronavirusun ən çox meyl elədiyi qan qrupu açıqlanıb
- 02-06-2020 09:59 Streslə mübarizə aparmaq üçün 10 təsirli qida
- 19-05-2020 09:10 Koronavirus peyvəndi insanlarda sınaqdan uğurla keçirilib
- 16-03-2020 11:05 TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı
- 26-02-2020 14:03 Nazirlik koronavirusdan qorunma yollarını açıqlayıb - VİDEO
- 26-02-2020 10:18 Qoruyucu maskalardan düzgün istifadə qaydaları açıqlandı
- 24-02-2020 17:26 Koronavirusa görə xəstəxanaya yerləşdirilənlərlə bağlı RƏSMİ AÇIQLAMA
- 13-02-2020 15:43 Həkimlər koronavirus vaksinlərini sınaqdan keçirməyə hazırlaşırlar
- 12-02-2020 11:32 Xorultu təhlükəli xəstəliyin əlaməti imiş
- 11-02-2020 17:33 Bu xəstəliklərin müalicəsi üçün Azərbaycana yeni dərmanlar gətirilib
- 10-02-2020 14:35 Türk professordan koronavirus açıqlaması: Bunları yeyin, problem yoxdur
- 07-02-2020 13:15 Rusiyalı alimlər virusları öldürə biləcək maska hazırladılar
- 07-02-2020 12:21 Böyrək, hemodializ xəstələri arasında kişilərin sayı daha çoxdur
- 06-02-2020 17:11 Naməlum səbəblərə görə koronavirus bu şəxslərə yoluxmur
- 06-02-2020 12:55 Qoz suyunun faydları
- 31-01-2020 10:51 Çindən gələn bağlamalarda virus ola bilərmi? - VİRUSULOQ CAVABLANDIRIB
- 29-01-2020 12:41 Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlanıb
- 22-01-2020 11:15 Beyin işini yaxşılaşdırmağın sadə yolu açıqlanıb
- 21-01-2020 12:49 Səhiyyə Nazirliyinə və TƏBİB-ə daxil olan tibb müəssisələrinin siyahısı - Əhalinin NƏZƏRİNƏ!
- 17-01-2020 12:54 Süd bioloji qocalmanı yavaşladır
- 16-01-2020 09:52 Səhiyyə Nazirliyi yeni virusla bağlı əhaliyə müraciət edib
- 14-01-2020 09:53 İcbari tibbi sığorta üzrə xidmətlər zərfinə nələr daxildir? - SİYAHI
- 27-12-2019 09:50 Azərbaycanda psixi xəstələrin sayı bir ildə 2000 nəfər artıb