Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 İyun

2019
19:33
254
Şəhid Aqil Omarovun ailəsinə “Şücaətə görə” medalı təqdim edilib

Ermənistan silahlı qüvvələrinin törətdiyi qanlı təxribat nəticəsində şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu Aqil Omarovun doğulub boya-başa çatdığı Qax rayonunun Lələpaşa kəndində ölümündən sonra layiq görüldüyü “Şücaətə görə” medalının ailəsinə təqdim edilməsi münasibətilə təntənəli mərasim keçirilib.

FaktXəbər-in Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, mərasimdə Müdafiə Nazirliyinin rəsmiləri, Qax və Xocavənd rayon İcra Hakimiyyətlərinin rəhbərliyi, ziyalılar, hüquq-mühafizə orqanlarının, qeyri-hökumət təşkilatlarının, ictimaiyyətin nümayəndələri, kənd sakinləri, şəhidin hərbçi dostları və ailə üzvləri iştirak ediblər.

Müdafiə Nazirliyinin əməkdaşı polkovnik Abdulla Qurbani şəhidin ailəsinə, doğmalarına bir daha başsağlığı verərək, onlara səbr, dözüm arzulayıb. Qeyd olunub ki, Aqil Omarov 1983-cü ildə anadan olub. Ailənin böyük övladıdır. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunudur. Hərbi xidmətdə, döyüşlərdə fərqləndiyinə, göstərdiyi şəxsi şücaətə görə sağlığında 5 döyüş medalı ilə təltif olunub. Dəfələrlə fəxri fərman və təşəkkürlərə layiq görülüb. Komandirlərin, xidmət yoldaşlarının, eləcə də tabeliyində olan şəxsi heyətin böyük hörmətini qazanıb.

Aqil kimi peşəkar və bacarıqlı bir hərbçinin həlak olmasını Ordumuz üçün ağır itki hesab edən Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev şəhidin atası Akif Omarovu hələ ötən əsrin 90-cı illərinin əvvəllərindən, könüllü olaraq cəbhəyə gəldiyi vaxtlardan tanıdığını diqqətə çatdırıb: “Şəhidimizin atası vətənpərvər insandır. Mən onu qanlı-qadalı döyüş meydanlarından tanıyıram. Könüllü olaraq cəbhəyə gəlmişdi. Hələ onda Aqil orta məktəbi bitirməmişdi. Ağır döyüşlərin nə olduğunu yaxşı bilən Akif Omarov nəinki oğlunun çətin və şərəfli zabitlik yolunu seçməsinə mane olmadı, hətta bu yolda ona xeyir-dua verdi, uğurlar arzuladı. Bir ata kimi ilk övladının uğurları onu çox sevindirərdi və inanıram ki, işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda müqəddəs savaş başladıqda şəhid atası Akif Omarov və digər iki oğlu da bizimlə birgə döyüşlərə atılacaq”.

Mərasim iştirakçıları “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarını səsləndiriblər.

Sonra Azərbaycan Respublikasının Prezidenti adından hərbi qulluqçu Aqil Akif oğlu Omarovun “Şücaətə görə” (ölümündən sonra) medalı ilə təltif olunması haqqında Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri oxunub.

General-leytenant Kərim Vəliyev həmin medalı şəhidin böyük oğlu Uğurun yaxasına sancıb. Atasının əvəzindən generaldan icazə alan Uğurun “Azərbaycan Respublikasına xidmət edirəm!” deməsi mərasim iştirakçılarına duyğulu anlar yaşadıb.

Məqalədə : Aqil Omarov şəhid 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

XİN başçılarının görüşü keçirilir

20

İyun
22:45
SİYASƏT
439

Raul "Real"da baş məşqçi oldu

20

İyun
22:10
İDMAN
29

"Azərsilah" ləğv olundu - SƏRƏNCAM

20

İyun
18:53
HƏRB
958

Vilayət Eyvazov Daxili İşlər Naziri oldu

20

İyun
17:52
HÜQUQ,HADİSƏ
2782

Ramil Usubov vəzifəsindən azad edilib - SƏRƏNCAM

20

İyun
17:46
HÜQUQ,HADİSƏ
2646

Azərbaycan büdcəsinin gəlirləri və xərcləri

20

İyun
17:21
İQTİSADİYYAT
1953

İntihar edən Elinanın qəbri təhqir olunub - FOTO

20

İyun
17:12
HÜQUQ,HADİSƏ
1256

Oqtay Əsədov: "Bizə mane olmasalar..."

20

İyun
17:03
SİYASƏT
1934

"Bəs, anamın günahı nə idi?" - FOTO

20

İyun
16:39
HÜQUQ,HADİSƏ
2756

Azərbaycan qaz ixracını 40%-dən çox artırıb

20

İyun
16:11
İQTİSADİYYAT
87
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-06-2019 23:31



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru