Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 May

2019
17:10
1247
AZAL: `Çarter reysləri bizə sərf etmir`

Bu gün Bakıda UEFA  Avropa Liqasının final oyunu keçiriləcək.

Bakı Olimpiya Stadionundakı ingilis komandalarının duelində "Çelsi" və "Arsenal" üz-üzə gələcək.

"Çelsi" - "Arsenal" oyunu Bakı vaxtı ilə saat  23:00-da başlayacaq

Futbolla bağlı yaranan problemlərdən biri xarici azarkeşlərin əksəriyyətinin Bakıya birbaşa təyyarə ilə gəlməməsidir.

İddialara görə, azarkeşlər öz ölkələrindən birbaşa təyyarə ilə Tbilisiyə, oradan da qatar və avtobusla Bakıya gəliblər. Bu məsələdə Gürcüstanın qazanc əldə etdiyi vurğulanaraq AZAL ittiham olunub.

Qurumun mətbuat katibi Paşa Kəsəmənski deyib ki,  bu məsələlər çarter reysləri tərəfindən tənzimlənir.

“İngiltərədən, İsraildən, ərəb ölkələrindən çarter reysləri təşkil edilib. Çarter reysləri AZAL təşkil etmir. İstənilən aviaşirkət boş təyyarə varsa, futbol azarkeşlərinə Bakıya gəlmək üçün çarter reysləri təklif edir. Biz aeroport olaraq heç bir problemin və məhdudiyyətin olmadığını elan etmişik”.

Paşa Kəsəmənskinin sözlərinə görə, azarkeşləri Bakıya gətirmək AZAL-a sərf etmir.

“Böyük tədbirlər zamanı axın çox olanda reyslər çoxalmır. Sadəcə, çarter reysləri olur. Çarter reysləri sifarişlə açılır. Sifarişçi isə hər bir aviaşirkət ola bilər. AZAL üçün sərnişin gətirmək daha çətindir. Çünki biz təyyarələri boş aparıb onları yerləşdirməliyik ki, dolu təyyarələr bura gəlsin. Bu da bizə sərf etmir. İngiltərə aviaşirkətləri isə təyyarələri dolu gətirib dolu da geri qaytarır. AZAL çarter reyslərinin açılmasına heç bir məhdidiyyət qoymur”.

AZAL rəsmisi çarter reysləri ilə bağlı sabah açıqlama veriləcəyini də bildirib:

“Kim deyirsə ki, çarter reyslər yoxdur, bu doğru deyil. Sabah nə qədər çarter reysləri qəbul etdiyimizi elan edəcəyik”.

Məqalədə : AZAL 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Keşlə"nin bazasında oğurluq

17

Sentyabr
12:30
HÜQUQ,HADİSƏ
50

Bağdadinin yeni səs yazısı yayıldı

17

Sentyabr
11:43
DÜNYA
74

DİN: Ötən gün 3 yol qəzası olub, 3 nəfər ölüb

17

Sentyabr
10:23
HÜQUQ,HADİSƏ
147

Körpüdə dayanmağın faciəvi sonluğu - VİDEO

17

Sentyabr
10:18
HÜQUQ,HADİSƏ
168

Çempionlar Liqası başlayır

17

Sentyabr
10:00
İDMAN
180
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-09-2019 14:30



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru