Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 May

2019
12:41
623
50 avtomobil Qarabağ əlillərinə təqdim olunub

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 50 avtomobil Qarabağ müharibəsi əlillərinə təqdim olunub.

FaktXəbər-in məlumatına görə, avtomobillərin təqdim olunması mərasimində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov tədbir iştirakçılarını 28 May - Respublika günü münasibəti ilə təbrik edib.

Nazir müavini vurğulayıb ki, 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 23 aylıq dövr tariximizin şərəfli səhifələrindən biridir.

A.Kərimovun sözlərinə görə, Ümummilli liderimiz Heydər Əliyevin memarı və qurucusu olduğu müstəqil Azərbaycan 101 il əvvəl mövcud olmuş Xalq Cümhuriyyətinin layiqli varisi kimi dinamik inkişaf yolunda inamla irəliləyir. Prezident cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan bütün sahələrdə dayanıqlı inkişafı, eyni zamanda, güclü sosial siyasəti ilə seçilən bir ölkədir.

Nazir müavini qeyd edib ki, bunun daha bir əyani təzahürü kimi, cari ilin ötən dövründə Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlarla minimum əməkhaqqı və minimum pensiya orta hesabla 40 faiz, sosial müavinət və təqaüdlər orta hesabla 100 faiz, məcburi köçkünlərə verilən müavinətlər 50 faiz, həmçinin tələbələrin təqaüdləri əhəmiyyətli dərəcədə artırılıb. Ümumilikdə, bu ilin ilk aylarında reallaşdırılan sosial paket təqribən 3 milyon insanın rifahına ciddi dəstək olub.

A.Kərimov vurğulayıb ki, şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 2018-ci ildə nəzərdə tutulduğundan 3 dəfədən çox olmaqla 626 mənzil, indiyədək isə 6654 mənzil verilib: "Cənab Prezidentin tapşırığı ilə cari ildə bu kateqoriyadan olan vətəndaşlara azı 800 mənzil təqdim olunacaq. Cari ilin ötən dövründə Prezidentin aylıq təqaüdü şəhid ailələri üçün 300 manata çatdırılıb, müharibə əlilləri üçün müavinət və təqaüdlər də orta hesabla 100 faiz artırılıb, I qrup əlilliyi olanlara qulluq edənlər üçün Prezidentin aylıq təqaüdü təsis edilib. 12 268 şəhidin vərəsələrini əhatə edən birdəfəlik ödəmə (11 min manat) ilə təminat proqramı artıq 80 faiz icra olunub".

REKLAM

adviad.com

Daha ətraflı

Qarabağ müharibəsi əlillərinin digər istiqamətlərdə də dövlət qayğısı ilə təmin olunduqlarını qeyd edən nazir müavini diqqətə çatdırıb ki, 2018-ci ildə 265 müharibə əlilinə minik avtomobili verilib: "Dövlət başçısının 18 mart 2019-cu il tarixli sərəncamı ilə ayrılmış vəsait 2019-cu ildə əlavə olaraq 400-dən artıq avtomobilin alınmasına, beləliklə, cari ildə müharibə əlillərinə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobilin verilməsinə imkan yaradıb. Onlardan artıq 50 avtomobil bu gün təqdim edilir. Bununla da indiyədək 6200-dək avtomobil müharibə əlilləri və onlara bərabər tutulanlara verilib".

A.Kərimov şəhid ailələrinə, müharibə əlillərinə dövlət qayğısının artırılması istiqamətində tədbirlərin uğurla davam etdiriləcəyini bildirib, avtomobillə təmin olunan vətəndaşları bu münasibətlə təbrik edib, onlara xoş arzularını çatdırıb.

Tədbirdə nazirlik yanında fəaliyyət göstərən İctimai Şuranın üzvləri, ictimai birliklərin rəhbərləri müharibə əlillərinin, şəhid ailələrinin sosial təminatlarının gücləndirilməsi məqsədilə Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamların ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılandığını vurğulayıblar.

Məqalədə : Qarabağ əlilləri 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
540

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
370

Mərdəkan körpüsündən avtomobil aşıb

23

Avqust
14:18
HÜQUQ,HADİSƏ
234

Ramanada quru ot sahəsi yanır

23

Avqust
14:17
HÜQUQ,HADİSƏ
193

Günün qarşılaşmaları TV AFİŞA

23

Avqust
14:15
İDMAN
190

Deputat oğlunu həbsdən çıxartdırmaq istəyir

23

Avqust
12:48
HÜQUQ,HADİSƏ
324

Sabahın hava proqnozu açıqlanıb

23

Avqust
12:31
ÖLKƏ
391
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-08-2019 04:04



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru