Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 May

2019
16:15
1753
İranda mağara adamlarının yeraltı şəhəri tapılıb

İranlı arxeoloqlar komandası troqloidlərin mədəniyyəti barədə antik yazarların məlumat verdiyi çoxəsrli yeraltı şəhərin araşdırmasına başlayıblar.

FaktXeber.com-un "Tehran Times"a istinadla verdiyi məlumata görə, şəhər Həmədan vilayətinin Salehabad rayonunda yerləşir. Arxeoloqlar bu şəhəri 3 il əvvəl aşkarlayıblar, lakin məlumat indi yayılıb. Rəsmi məlumatlara görə, obyektin quldurlar tərəfindən qarət olunmasının qarşısını almaq üçün, tapıntı məxfi saxlanılırmış.

Qeyd edək ki, bu həmin rayonda tapılan 3-cü yeraltı şəhərdir. Bundan əvvəlki iki şəhər ehtimallara görə Midiya şahlığının (e.ə. 678-549) mövcudiyyəti dövrünə aiddir.

Onların memarlığı bu yaşayış məntəqələrinin naməlum mədəniyyətlər tərəfindən qurulduğunu göstərir. Ehtimal ki, onlar troqloditlər – mağarada yaşayan xalqlar olublar.

Bu tayfa bir sıra antik müəlliflər tərəfindən təsvir olunub. Onlar barədə Heredot, Strabon, Pliniy və sairin əsərlərində məlumat var. Cəmiyyətdən təcrid olunan bu xalqın öz dili olmayıb və müxtəlif qışqırıq səsləri ilə ünsiyyət qurublar.

Onlar ovçuluqla məşğul olublar, arada başqa insanlara hücum edirmişlər. Hesab olunur ki, qadınlar və qızlar mağarada kişilərdən və oğlanlardan ayrı qalırmışlar.

Troqloditlərin varlığı  ilə bağlı arxeoloji dəlil yoxdur, lakin iranlı alimlər hesab edir ki, Həmədənda tapılan şəhərlər bu sübutlardan ola bilər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bu da onlardan biridir - FOTO

27

İyun
12:21
HÜQUQ,HADİSƏ
3052

Merkel yenidən titrətdi - VİDEO

27

İyun
12:07
DÜNYA
3010

Sumqayıtda 18 yaşlı gənc itkin düşüb - FOTO

27

İyun
11:49
HÜQUQ,HADİSƏ
1512

Rusiya Tacikistanı İŞİD-dən qoruyacaq

27

İyun
11:27
DÜNYA
1336

DİM iyunun 30-da növbəti imtahanlar keçirəcək

27

İyun
11:23
ELM / TƏHSİL
42

Həftər ordusu məğlub olur

27

İyun
10:59
DÜNYA
975

Abituriyentlərə yeni imkan yaradılıb

27

İyun
10:55
ELM / TƏHSİL
1207

Yanacaq doldurmağa girmişdi, dünyasını dəyişdi

27

İyun
10:54
HÜQUQ,HADİSƏ
989
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-06-2019 12:36



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru