Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 May

2019
10:41
462
Direktorun müavini jurnalistdən 2500 AZN tələb edir - VİDEO

Jurnalist Sevinc Vaqifqızı məhkəməyə verilib.

Faktxeber.com bildirir ki, bu barədə jurnalist feysbukda məlumat yayıb.

Jurnalist bildirib ki, onu ötən il prezident seçkisində çəkdiyi videosujetə görə məhkəməyə veriblər: "Prezident seçkilərindən bir il sonra 251 nömrəli məktəbin direktor müavini Elmira Alandarova məni məhkəməyə verib. İddia edir ki, hazırladığım süjetdə onun şərəf və ləyaqətini alçaltmışam. Tələb edir ki, həmin süjet silinsin, üzrxahlıq edilsin və dəymiş mənəvi zərərə görə ona 2500 manat kompensasiya ödəyim". 

S. Vaqifqızı qeyd edib ki, proses 27 may saat 9:30-da Binəqədi Rayon Məhkəməsində başlayacaq. 

2018-ci il aprelin 11-də keçirilmiş prezident seçkilərində jurnalist Sevinc Vaqifqızı 251 nömrəli məktəbdə yerləşən seçki məntəqəsində müşahidə aparıb. 

O qeyd edib ki, direktor müavini gah 25 saylı Nizami 2-ci Seçki Dairəsinin 14 saylı, gah da həmin dairənin 16 saylı məntəqəsində peyda olub. 

Onun karuselə nəzarət etdiyi də vurğulanıb. 

Məqalədə : Sevinc Vaqifqızı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah Bakıda 37 dərəcə isti olacaq

19

Avqust
12:34
ÖLKƏ
21

Dünya bazarlarında neft bahalaşıb

19

Avqust
10:33
ELM / TƏHSİL
1065

Bakıda yol polisinin iştirakı ilə zəncirvari QƏZA

19

Avqust
10:32
HÜQUQ,HADİSƏ
407

Xarici valyutaların manata qarşı məzənnələri

19

Avqust
09:38
İQTİSADİYYAT
60
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-08-2019 12:49



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru