Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 May

2019
17:45
1203
Azərbaycan və Çinin XİN rəhbərləri görüşüb

Xarici İşlər naziri Elmar Məmmədyarov Azərbaycana rəsmi səfəri çərçivəsində Çinin Xarici İşlər naziri Van İ ilə görüşüb və danışıqlar aparıb.

Bu barədə "FaktXəbər"ə Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. 

Tərəflər Azərbaycan və Çin arasında ənənəvi əməkdaşlığın uğurlu inkişafından məmnunluqlarını bildiriblər. Nazirlər hər iki tərəfin bir-birilərinin suverenliyinə, ərazi bütövlüyünə və müstəqilliyinə birmənalı dəstəyin göstərilməsinə dair öz prinsipial mövqelərini dəyişməz saxladıqlarını, Azərbaycan-Çin münasibətlərinin möhkəm siyasi və beynəlxalq hüquqi əsaslarının mövcudluğunu vurğulayıblar. 

Nazirlər hər iki dövlətin başçıları səviyyəsində qarşılıqlı əlaqələrin xüsusi əhəmiyyətini vurğulayıblar və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına sonuncu işgüzar səfərinə və onun 24 aprel 2019-cu il tarixində baş tutmuş Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşünün nəticələrinin ruhuna uyğun olaraq, əməkdaşlığın daha da genişləndirilməsinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Tərəflər bildiriblər ki, Azərbaycan Çinin Avrasiya məkanında əsas tərəfdaşlarından biridir və “Bir Kəmər, Bir Yol” layihəsinin icrasında fəal iştirak edir. Şərq və Qərbi, Asiya və Avropanı birləşdirən bu layihənin icrası artıq iki ölkənin və bütövlükdə regionun xalqları üçün bir sıra nəticələr və maddi faydalar gətirib. Bu xüsusda, “Bir Kəmər, Bir Yol” strategiyası çərçivəsində Trans-Xəzər Nəqliyyat Dəhlizinin vacibliyi bir daha vurğulanıb.

Nazirlər bu prosesin dinamik davam etdirilməsinin birgə inkişaf və rifah maraqlarına uyğun olaraq, bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın ardıcıl şəkildə dərinləşdirilməsinə kömək edəcəyinə əminlik ifadə ediblər.

Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın mövcud olduğunu məmnuniyyətlə qeyd ediblər və gələcəkdə də bunu davam etdirmək niyyətlərini bildiriblər.

Görüş nəticəsində tərəflər arasında mövcud olan qarşılıqlı anlaşmanın səviyyəsini yüksək qiymətləndirən nazirlər Azərbaycan-Çin əməkdaşlığının davam edən inkişafının hər iki ölkənin xalqlarının mənafeyinə uyğun həyata keçirilməsində və qlobal və regional səviyyələrdə sülh və təhlükəsizliyin möhkəmləndirilməsində maraqlı olduqlarını bildiriblər.

Məqalədə : Azərbaycan XİN 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ələt-Şirvan dəmiryolu xəttində yanğın - VİDEO

15

İyun
14:27
HÜQUQ,HADİSƏ
1452

Azərbaycan neftinin qiyməti 64 dolları keçib

15

İyun
13:58
İQTİSADİYYAT
421

Sabahın hava proqnozu açıqlanıb

15

İyun
13:40
ÖLKƏ
177

Azərbaycan avtomobil idxalını 2,1 dəfə artırıb

15

İyun
10:00
İQTİSADİYYAT
1169

Metroda təhlükəli anlar

14

İyun
21:02
HÜQUQ,HADİSƏ
959

Azərbaycan FIFA reytinqində gerilədi

14

İyun
19:27
İDMAN
2301

Bakıda 27 yaşlı gənc dənizdə batıb

14

İyun
19:00
HÜQUQ,HADİSƏ
1003
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-06-2019 09:29



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru