Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 May

2019
11:45
1826
Ərəbistan 3 din alimini edam etməyə hazırlaşır

Səudiyyə Ərəbistanı 2017-ci ildə həbs elədiyi  İslam alimi Salman əl-Ovda, xətib Avad əl-Qarnini və dini proqram aparıcısı Əli əl-Öməri Ramazan ayından sonra edam etməyə hazırlaşır. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə Middle East Eye hökumətdən olan iki mənbəyə və alimlərdən birinin qohumuna istinadla xəbər verib.

Hökumətdən  olan mənbə Riyadda xüsusi məhkəmədə ittiham olunan  müttəhimlərin qeyri-müəyyən vaxta təxirə salınan iclası gözlədiklərini və həmin iclasda edam qərarı çıxan kimi cəzanın gecikdirilməyəcəyini bildirib.

HRW-nin  Orta Şərq məsələləri üzrə nümayəndəsi  Sara Lea Uitson (Sarah Leah Whitson) bununla bağlı münasibət bildirərkən Səudiyyə Ərəbistanında baş verən  proseslərdə Ağ Evin roluna diqqət çəkərək, ABŞ prezidenti Donald Trampın sanki Ər-Riyada «öz xalqına  necə istəyirsən, zülm elə, biz arxandayıq» mesajı verdiyini vurğulayıb.

Sünni alim Səlman  əl-Avda Tvitter-dən təqribən 13,4 milyon izlənmə ilə dünya arenasında  açıq və elmli  İslam yanaşmaları ilə tanına bir simadır. 2017-ci ildə həbs olunan  Avdəyə təqribən 1 il sonra çıxarıldığı məhkəmədə, terror təşkilatına liderlik, Riyadın Qətərə  tətbiq etdiyi mühasirəyə qarşı çıxma, Müsəlman Qardaşlar  təşkilatı ilə əlbirlik, Hökumətin uğurlarına qarşı kinayəli olma, Qətər kraliyyət ailəsi ilə münasibətdə olmaq kimi 37 ayrı ittiham irəli sürülüb.

Səudiyyəli müxalif jurnalist Camal Kaşıkçı İstanbul konsulluğunda cinayətə qurban getməzdən öncə qatıldığı bir proqramda  vəliəhd şahzadə  Muhəmməd bin Salmanı ittiham etmişdi. 

«(Muhəmməd bin Salman) müxalifləri nəyin bahasına olursa-olsun yox edəcək… Salman əl-Avdə edam edilərsə fanatik olduğu üçün deyil, məhz elmli olduğu üçün edam edilir. Çünki elmli  halı ilə onu təhlükə kimi görürlər», - deyə bildirmişdi.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Günün qarşılaşmaları TV AFİŞA

14

Sentyabr
15:12
İDMAN
353

Sabah hava yağmurlu olacaq

14

Sentyabr
14:00
ÖLKƏ
440

Aeroport yolunda növbəti qəza - VİDEO

14

Sentyabr
11:18
HÜQUQ,HADİSƏ
491

Həyatımızı təhlükəyə atan İNTERNET SƏHİYYƏSİ

13

Sentyabr
16:52
AİLƏ, SAĞLAMLIQ
966

Nazir post-patrul əməkdaşlarına qadağa qoydu

13

Sentyabr
16:12
HÜQUQ,HADİSƏ
580

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

13

Sentyabr
14:59
İQTİSADİYYAT
560
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-09-2019 18:22



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru