Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 May

2019
10:13
331
`Oğlumun epilepsiyası yox idi, döyə-döyə öldürüblər` - Tələbənin atası

Bir neçə gün öncə Nərimanov rayonunda tələbənin restoran həyətində ölməsi ilə bağlı mərhumun atası Kamal Əskərov Baş prokuror Zakir Qaralova və Bakı Şəhər prokuroruna müraciət edib.

FaktXəbər bildirir ki, K.Əskərov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, oğlu Qalib Əskərov mayın 14-ü, saat 12:29 radələrində Nərimanov rayonunda yerləşən “Şüa” restoranının qarşısında öldürülüb: “Cinayəti törədən şəxslər məlum olsa da, həmin şəxslər barəsində qanuna müvafiq hüquqi tədbirlər görülməyib. Mənim oğlum həmin gün Balabəyov Cümşüd İlham oğlu və qeyriləri tərəfindən öldürülüb, lakin Cinayət Məcəlləsinin 221.2.1-ci, yəni bir qrup şəxs tərəfindən xuliqanlıq etmə maddəsi ilə cinayət işi başlanıb və yalnız Cümşüd Balabəyov cinayət məsuliyyətinə cəlb olunub.

Həmin maddə ilə cinayət işinin başlanması tamamilə qanunvericiliyin tələbinə ziddir. Oğlum Rusiya Federasiyasının vətəndaşıdır, Bakıda İdarəetmə və Texnologiya kollecinin ikinci kursunda təhsil alırdı. O, mütəmadi olaraq Azərbaycan ərazisində yaşamaq üçün Dövlət Miqrasiya Xidmətində tibbi yoxlanışlardan keçib, habelə yaşadığı ərazi üzrə sağlamlıq haqqında arayışları olub. 

Qalibin epilepsiya və hansısa ürək xəstəliyinin olması haqqında şayiələr yayılıb. Hadisənin baş verdiyi gün Qalib Əskərovun meyiti daxili və xarici müayinə olunub, həmin gün mən ekspertlə söhbət edən zaman o, Qalibin heç bir epilepsiya xəstəliyinin olmamasını, meyitin dilinin yuvada olmasını, yəni dil qatlanma kimi hallarının olmamasını bildirib”.

Tələbənin atası qeyd edib ki, baş verənlər yaxınlıqdakı təhlükəsizlik kamerasının yaddaşına da düşüb: 

“Hadisənin baş verdiyi ərazidə “Şüa” restoranına məxsus müşahidə kamerasının qeydə aldığı videodan görünür ki, oğlum və onu öldürən şəxslər həmin əraziyə başqa yerdən, yəni kollecin həyətində dava edərək gəliblər. Belə ki, restoranın qarşısına gələn zaman oğlumun həmin gün üzərində olan ağ köynəyinin cırılması, şalvarında dava izlərinin olması aydın müşahidə olunur.  Oğluma qarşı həmin şəxslər tərəfindən kollecin qarşısında fiziki zor tətbiq edilməsinə baxmayaraq kollec rəhbərliyi, habelə orada fəaliyyət göstərən mühafizəçilər tərəfindən heç bir tədbir görülməyib.

Kollecin direktoru Faiq Şahbazov hadisənin baş verdiyi gün oğlumun dərsə gəlmədiyini bizə dedi. Daha sonra istintaqla müəyyən olundu ki, Qalib dərsdə olan zaman həmin Cümşüd Balabəyov və digər şəxslər onu kollecdən bayıra çağıraraq döyüblər. 

Nərimanov rayon prokurorluğunda aparılan araşdırmanın hal-hazırkı gedişatı bizi qanə etmir. Oğlumun ölümündə təqsirli olan bütün şəxslər barəsində ədalətli qərar qəbul edilməsini xahiş edirəm”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İyunun 19-na manatın məzənnəsi

18

İyun
19:18
İQTİSADİYYAT
1714

Ramil Usubovdan yeni TƏYİNAT

18

İyun
16:52
HÜQUQ,HADİSƏ
1019

Məktəb direktoru işdən çıxarıldı

18

İyun
15:48
ELM / TƏHSİL
2160

"WhatsApp"da yeni fırıldaqçılıq

18

İyun
15:41
MARAQLIDIR
2852

Hövsanda inşa edilən sosial evlər - VİDEO

18

İyun
15:22
İQTİSADİYYAT
130

Günün qarşılaşmaları TV AFİŞA

18

İyun
15:10
İDMAN
830

Tarixin ən böyük yalanının ÜSTÜ AÇILDI

18

İyun
15:03
ARAŞDIRMA
4207

Azərbaycanda 2 yeni sığorta agentliyi yaradılıb

18

İyun
14:50
İQTİSADİYYAT
108
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-06-2019 08:21



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru