Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 May

2019
23:15
İstanbulda seçkinin nəticəsinin ləğvi üçün 250 səhifəlik bəhanə tapıldı

Bu gün Türkiyənin Ali Seçki Qurumu (YSK) İstanbulda keçirilmiş bələdiyyə seçkilərinin nəticələrinin ləğvinə dair qərarının səbəblərini açıqlayıb.

Qərarın verilməsinin səbəblərinin əks olunduğu 250 səhifəlik açıqlamada bildirilib ki, seçki məntəqələrinin və dairələrinin məsul şəxsləri qanunazidd şəkildə təyin olunub. Həmçinin 377 nəfər məhdudiyyətli şəxs səs verib, 6 ölmüş şəxsin yerinə imza atılıb. 58 məntəqədə həbsdə olan şəxslərin yerinə səs verilib. 754 məntəqənin sədri dövlət məmuru olmayıb.

Bildirilib ki, bu və digər səbəblər seçkinin nəticələrində şübhə yaradıb. Şühəli səslərin sayı 300 mindən çox olub.

Qeyd edək ki, martın 31-də Türkiyədə bələdiyyə seçkisi keçirilib. İstanbul Böyük Şəhər Bələdiyyəsi sədrliyi uğrunda ən çox səsi Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırım toplayıb. Ali Seçki Qurumu (YSK) Əkrəm İmamoğlunun 26 min səs fərqi ilə qalib gəldiyini açıqladıqdan sonra AKP seçkinin nəticələrinə etiraz edib və bir çox rayonda səslər yenidən sayılıb. Aprelin 17-də səslərin təkrar sayılması prosesi başa çatıb və səs fərqi 12 min nəfərədək düşüb.

YSK aprelin 17-də İstanbul bələdiyyə sədri mandatını Əkrəm İmamoğluna təqdim edib, mayın 6-da isə İstanbulda seçkinin nəticələrinin ləğvinə qərar verib.

Təkrar seçki iyunun 23-də keçiriləcək.

Məqalədə : İstanbul seçki 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sumqayıtda 22 yaşlı oğlan dənizdə batıb

22

Fevral
10:00
HÜQUQ,HADİSƏ
478

Düşmən atəşkəsi 23 dəfə pozub

22

Fevral
09:50
HƏRB
399

Şeyx Sərdar azadlıqdadır

22

Fevral
09:30
HÜQUQ,HADİSƏ
610

Şamaxıda zəlzələ baş verib

22

Fevral
08:18
ÖLKƏ
455

Fevralın 24-nə manatın məzənnəsi

21

Fevral
17:16
İQTİSADİYYAT
397
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-02-2020 06:22



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru