Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 May

2019
12:37
2034
Azərbaycanda ilk dəfə qara pomidorun istehsalına başlanıb-VİDEO

“Karvan L Eko” MMC Ağstafa rayonunda yerləşən istixanasında Azərbaycanda ilk dəfə qara pomidor yetişdirməyə başlayıb.

Hazırda şirkət pomidorun “Mont” və “Pink Paradise” sortlarını yetişdirir. 

Qara rəngi ilə seçilən pomidor kateqoriyasina aid olan “Mont” sortu özünəməxsus dadı ilə bütün dünyada məşhurdur. Qara pomidorda şəkərin miqdarı yüksək olub, dad keyfiyyəti şəkər-turşu nisbətində harmoniya təşkil edir. Yuxarıda qeyd edilən müsbət xüsusiyyətlərinə əlavə olaraq, antosianlar immun sisteminin fəaliyyətini sürətləndirir, qan damarlarını gücləndirir və bədəndəki şişkinlikləri azaldır.

Şirkət qara pomidorun 1 kiloqramını 5 manata təklif edir.

“Karvan L Eko” MMC- nin Ağstafa rayonunda yerləşən istixanasında becərilən məhsullar orqanik şəraitdə və bu sahədə qəbul olunmuş qaydalar əsasında yetişdirilir. Əkin üçün seçilmiş torpaqlar şirkətin laboratoriyasında analiz edilir və tam aqrokimyəvi göstəricilərə uyğundur. Yetişdirilən məhsullar dağ suyu ilə suvarılır. Bitkiləri tozlandırmaq üçün arılardan istifadə olunur. Bitkilərin qidalı mühitdə yetişməsi üçün torpaq davamlı olaraq təbii gübrələrlə münbitləşdirilir.

Pomidor meyvələri makro və mikro elementlərlə zəngindir. Bu elementlər insan immunitetini gücləndirməklə yanaşı, organizmə hərtərəfli müsbət təsir göstərir. Qeyd etmək lazımdır ki, son dövrlərdə alimlərin apardıqları tədqiqatların nəticəsində pomidor meyvələrinin xərçəng, böyrək daşı, ürək və damar xəstəliklərinin profilaktik müalicəvi xüsusiyyətə malik olması aşkarlanmışdır./Marja

Məqalədə : qara pomidor 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Günün qarşılaşmaları TV AFİŞA

14

Sentyabr
15:12
İDMAN
515

Sabah hava yağmurlu olacaq

14

Sentyabr
14:00
ÖLKƏ
610

Aeroport yolunda növbəti qəza - VİDEO

14

Sentyabr
11:18
HÜQUQ,HADİSƏ
643

Həyatımızı təhlükəyə atan İNTERNET SƏHİYYƏSİ

13

Sentyabr
16:52
AİLƏ, SAĞLAMLIQ
1145

Nazir post-patrul əməkdaşlarına qadağa qoydu

13

Sentyabr
16:12
HÜQUQ,HADİSƏ
726

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

13

Sentyabr
14:59
İQTİSADİYYAT
698
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-09-2019 08:37



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru