Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 May

2019
12:33
`Honor 20` və `Honor 20 Pro` modelləri rəsmən təqdim edilib

“Huawei” şirkəti Londonda “Honor 20” smartfonlarının yeni istehsal xəttini təqdim edib.

Sözügedən istehsal xəttinin əsas aparatı “Honor 20 Pro” qabaqcıl smartfonudur. Qurğu “Cortex-A76” səkkiz nüvəli 7 nanometrlik “Kirin 980” prosessoru, həmçinin 8 QB əməli yaddaşla təchiz edilib. Smartfonun daxili yaddaşı 256 QB-dır. Aparata, həmçinin 22,5 vatlıq sürətli enerjidoldurma texnologiyasına malik 4000 milliamper/saat tutumlu akkumulyator quraşdırılıb.

Qabaqcıl smartfon 4 datçikdən (biri 48 meqapiksellik “Sony IMX586”) ibarət əsas kamera ilə təchiz edilib. İkinci datçik geniş bucaqlı obyektivə və 16 meqapiksellik, üçüncü isə teleobyektiv və 8 meqapiksellik təsvir ölçüsünə malikdir, dördüncü datçik makro çəkiliş üçün nəzərdə tutulub və onun təsvir ölçüsü 2 meqapiksel təşkil edir.

“Honor 20” modelində eyni modullardır, yalnız teleobyektivi səhnənin dərinliyinin təhlili üçün datçik əvəz edib. Hər iki modeldə ön kameranın təsvir ölçüsü 32 meqapikseldir.

Hər iki qurğunun displeyinin diaqonalı 6,26 düym təşkil edir. Barmaq izi skaneri smartfonun sağ hissəsində yerləşdirilib.

Hər iki aparat “Android 9 Pie” əməliyyat sisteminin idarəetməsi altında işləyir. “Honor 20 Pro” smartfonu “Phantom Blue” və “Phantom Black”, “Honor 20” isə “Sapphire Blue”, “Midnight Black” və “Icelandic White” rənglərində əlçatan olacaq.(ictnews)

Məqalədə : Honor 20 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
6980

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
5844

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
7353

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
7342

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
10342

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
7062
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-07-2020 01:10





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru