Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 May

2019
15:56
823
Mübariz Mənsimov: Ayıb olsun bizə!

Bir neçə gün bundan öncə Rusiyada yaşayan azərbaycanlı jurnalist Fuad Abbasov həbs olunub.

FaktXəbər-in məlumatına görə, F.Abbasov xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunur. Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimov məsəyə münasibət bildirərkən deyib ki, jurnalistə haqsızlıq edilib: 

"Azərbaycanı Rusiyada layiqincə təmsil edən jurnalist Fuad Abbasov Rusiya polisi tərəfindən vəhşicəsinə döyülərək həbs edilib. Bu günlərdə Azərbaycana ekstradisiya olunacaq. Bu, nə biabırçılıqdır?! Bu jurnalist hansı cinayəti törədib ki, bu formada həbs olunub? Adam öldürüb? Narkotik qaçaqmalçılığı ilə məşğul olub, yoxsa terrorcudur?! Nə edib axı?! Biz necə insanıq ki, öz vətəndaşımıza sahib çıxmırıq?! Bu adam orada gördüyüm mərd və dürüst jurnalistlərdən biridir ki, orada Azərbaycan naminə kəsərli qələmi, qətiyyətli mövqeyi ilə təkbaşına savaşırdı. Bizim Rusiyadakı iş adamlarımıza nə olub? Haradadırlar? Kordular? Yerin dibinə giriblər?! Niyə belə oğullara sahib çıxmırlar?! Diaspora deyirlər: hanı o Diaspora? Niyə Azərbaycan dövləti hələ də bu hadisəyə münasibətini bildirməyib? Niyə vətəndaşına sahib çıxmır? Millətimizi, xalqımızı müdafiə etmək onun hər bir zərrəsini, o cümlədən Fuad kimi cəsur insanları müdafiə etməkdir. Rusiyadakı hər bir azərbaycanlı həm malı, həm də, ən əsası, canı ilə Fuad Abbasovu müdafiə etməli idi. Söz tapa bilmirəm. Bu necə bir həbsdir? Kim bunu sifariş verib? Burada bir azərbaycanlının əli olsa, heç təəccüblənmərəm. Boş-boş qurumlar yaradırlar. Bunlar heç kəsə lazım deyil və heç kəsə qulluq etmir. Ayıb olsun bizə! Heç bir erməni dünyanın heç bir ölkəsindən bu formada qovula, deportasiya oluna bilməzdi! Niyə susuruq? Niyə susursunuz?

Mən buradan açıq şəkildə bəyan edirəm: Fuad Türkiyədə mənim kimi bir qardaşı olduğunu unutmasın!"

Qeyd edək ki, Fuad Abbasovun vəkili Elman Paşayev bildirib ki, jurnalistin saxlanılarkən döyülməsi faktı ilə bağlı Rusiya İstintaq Komitəsinə müraciət olunub: "Fuad Abbasov saxlanılarkən vəhşicəsinə döyülüb. Bu qanunsuz haldır. Harada görünüb ki, inzibati məsuliyyətə görə saxlanılan adamla belə rəftar etsinlər, qoluna qandal vursunlar. Ona görə bu məsələ ilə bağlı Rusiya İstintaq Komitəsinə müraciət olunub. İstintaq Komitəsinə müraciətdə tələb etmişik ki, Fuad Abbasovla bu cür rəftar edən hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən olunsun, barələrində cinayət işi başlansın".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda narkotacir saxlanılıb - FOTO

18

İyun
11:30
HÜQUQ,HADİSƏ
230

Fermerlərin DİQQƏTİNƏ!

18

İyun
11:28
İQTİSADİYYAT
252

Azərbaycan bu bank adını dəyişir

18

İyun
09:36
İQTİSADİYYAT
62

"Keşlə" argentinalı futbolçu aldı

17

İyun
15:20
İDMAN
1210

Xırdalanda qəza yolu bağladı

17

İyun
14:19
HÜQUQ,HADİSƏ
1380
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-06-2019 11:35



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru