Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 May

2019
12:51
Azərbaycan XİN: Azərbaycanlının məsələsi diqqətimizdədir

"Azərbaycanın Qahirədəki səfirliyi Misirdə saxlanılan "Sea Shark" tankerinin ekipaj üzvü olan azərbaycanlının məsələsini diqqətdə saxlayır".

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycanın səfirliyi vətəndaşımızın qanuni hüquqlarını təmin etmək üçün Misir tərəfi ilə mütəmadi olaraq təmasdadır.

"Vətəndaşlarımızın hüquqlarının qorunması məsələsi həmişə diqqət mərkəzindədir", - XİN-in Mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, Misirdə saxlanılan "Sea Shark" tankerinin göyərtəsində 31 nəfər - 17 Ukrayna, 1 Azərbaycan vətəndaşı, eləcə də Filippin, Şri-Lanka və Hindistan vətəndaşları olub. Vəkillərin sözlərinə görə, Misir səlahiyyətlilərinin yaxın bir neçə gün ərzində ekipaj üzvlərini azad edəcəyi, amma ölkənin ərazi sularına qanunsuz girişə görə 56 milyon dollar məbləğində cərimə ödənilənə qədər yüklü tankeri saxlayacağı gözlənilir.

Məqalədə : Azərbaycan XİN 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43800

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
42095

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43707

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
43168

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48693

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
43150

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
43556
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-09-2020 11:17





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru