Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 May

2019
12:43
417
Yəmən Səudiyyənin fövqəladə sammitini `müharibəyə dəstək` adlandırıb

Səudiyyə Ərəbistanının kralı Salman Bin Əbdüləziz ərəb dövlətlərini və Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına üzv dövlətləri mayın 30-da  Məkkəyə dəvət edib. Tədbirdə bu günlərdə krallığa və BƏƏ-yə qarşı törədilmiş hücumlar müzakirə olunacaq.

FaktXeber.com-un Fars News Agency-ə istinadla verdiyi məlumata görə, Yəmən İnqilab Komitəsinin rəhbəri  Muhəmməd Əli  əl-Xusi bu görüşü sərt tənqid edərək, bunu Yəmən xalqına qarşı əlbirlik saydığını deyərək, belə samitləri müharibə və dağıntılara dəstək adlandıdırıb. 

Xatırladaq ki,mayın 22 də Fuceyrədə  partlayışlar olduqdan bir neçə saat sonra  Əmirliyin Dövlət Departamenti  bəyanat yayaraq, fərqli ölkələrdən 4 ticarət gəmisinin ölkənin su sərhədlərində təxribata məruz qaldığını bildirmiş, ancaq detallı məlumat verməmişdi. 

Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih bəyan etmişdi ki, ölkəsinə aid iki neft tankeri BƏƏ-nin şərq sahilində yerləşən əl-Fuceyrə limanı yaxınlığına hücuma məruz qalıb.

Mayın 14-də  Yəmənin “Ənsarullah” hərəkatına məxsus pilotsuz uçan aparatları Səudiyyə Ərəbistanının “Saudi Aramco” şirkətinə məxsus mərkəzi neft boru kəmərini partlatmışdı.

Qeyd edək ki, son günlər Husilərlə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya ordusu arasında toqquşmalar artıb. Yəmənlilər qarşısında üstünlük əldə etməyi bacarmayan koalisiya qüvvələri ölkə ərazisində dinc əhalinin olduğu məntəqələrə avia zərbələr endirilər. Müharibə yolu ilə Yəmən xalqını təslim edə bilməyən Səud koalisiyası ABŞ-ın dəstəyi ilə Yəməni blokada şəraitində saxlayır. Hazırda 21 milyon əhalisi olan Yəmənin 80 faizi aclıqdan əziyyət çəkir. Vəbaya yoluxma halı 500.000-dən çoxdur. Onların 460 mini uşaqdır. Hazırda Yəməndə xalqın böyük dəstək verdiyi "Ənsarullah" hərəkatı hakimiyyətdədir və Səud koalisiyasına qarşı mübarizə aparırlar.

Məqalədə : Yəmən 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
237

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
275

Bakı Dövlət Sirki köçür?

18

Oktyabr
15:33
ÖLKƏ
80

Modul tipli məktəblərin sayı artırılır

18

Oktyabr
14:34
ELM / TƏHSİL
121

Hesablama Palatasına auditor təyin ediləcək

18

Oktyabr
14:30
İQTİSADİYYAT
42

Kataloniyada ümumxalq tətil başlayıb

18

Oktyabr
12:51
DÜNYA
40
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-10-2019 11:06



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru