Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 May

2019
14:43
240
Putin: Türklərlə işləmək, avropalılarla işləməkdən daha asandır

Rusiya prezidenti Vladimir Putin ABŞ və bəzi Avropa ölkələrinin yaratdığı maneələrə rəğmən tikintisi davam edən "Şimal Axını 2" qaz kəməri layihəsi barədə danışarkən türkləri ağız dolusu tərifləyib. FaktXəbər bildirir ki, bu barədə o, Soçidə Avstriya prezidenti Aleksandr Van der Bellenlə görüşdən sonra təşkil edilən mətbuat konfransında danışıb.

"Türklərlə işləmək, avropalılarla işləməkdən daha asandır. Çünki (Türkiyə prezidenti Rəcəb Tayyib) Ərdoğan qərar qəbul edir və bunu icra edir. Avropaya gəlincə isə 27 ölkənin öz aralarında razılığa gəlməsi lazım olur. İllərdir eyni saqqızı çeynəyirik, amma ortada heç nə yoxdur. Bu çox üzücüdür. Əgər öz adımızdan danışırıqsa, biz bu layihəni (Şimali Axını 2) həyata keçirməyə hazırıq və layihə məntiqlə tələb olunduğu kimi başa çatacaq. Əlbəttə ki, bu layihə bütün Avropanın iqtisadi maraqlarına uyğundur",-deyə Putin əlavə edib.

Məqalədə : Putin 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda 22 nəfərə buynuz qişa köçürülüb

20

May
12:57
AİLƏ, SAĞLAMLIQ
29

DİN: Həftəsonu yol qəzalarında 6 nəfər ölüb

20

May
11:06
HÜQUQ,HADİSƏ
1060

Tovuzda 5 nəfər qidadan zəhərlənib

20

May
10:52
HÜQUQ,HADİSƏ
49
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-05-2019 13:05



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru