Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 May

2019
15:48
659
Akademikdən həyəcan təbili

Azərbaycanda səhralaşma prosesi artır.

FaktXəbər-in məlumatına görə, bunu AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov Trend-ə deyib.

R.Məmmədov bildirib ki, səhralaşma Mil-Muğan bölgəsinin cənub-şərq hissəsində müşahidə olunur və getdikcə intensivləşir:

“Bu prosesin qarşısını almağın ilkin yolu həmin ərazilərdə çoxlu sayda ağacların əkilməsidir, orada geniş yaşıllıqlar salınmalıdır".

Akademikin sözlərinə görə, Azərbaycanda müşahidə olunan səhralaşmanın səbəbi iqlim dəyişikliyi və insan fəaliyyətidir:

"Hazırda Mil-Muğan bölgəsində otarmalar normadan dəfələrlə artıqdır. Əgər müəyyən əraziyə 5 qoyun düşməlidirsə, orada 20 qoyundur. Qoyun sürüsü harada gəzərsə, həmin yerdə yaşıllıq əmələ gəlmir, səhralaşma gedir. Əgər tez bir zamanda bunun qarşısı alınmazsa, səhralaşma getdikcə artacaq, özü də bu tək ekoloji deyil, həm də sosial problemə çevriləcək. Getdikcə torpağın münbitliyi məhv olur, bitki yetişmir və nəticədə insanlar həmin ərazilərdən köçürlər”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Naxçıvan əhalisinin sayı artıb

20

May
22:40
ÖLKƏ
85

Təhsil Nazirliyindən ibrətamiz videoçarx

20

May
17:38
ELM / TƏHSİL
1344
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 07:20



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru