Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 May

2019
14:21
251
`Neftçi`nin futbolçusu mövsümün ən yaxşısı oldu

Azərbaycanda 2018/2019 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.

İdman Araşdırmalar Mərkəzinin dəstəyi ilə keçirdiyi səsverməyə adları Peşəkar Futbol Liqasının rəsmi saytında əsas komanadaların heyətində göstərilmiş 198 oyunçudan 176-sı, yəni 89 faizi qatılıb. Ötən il ilk dəfə oyunçular arasında keçirilmiş sorğudan fərqli olaraq, bu dəfə seçimlərdə Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç, həmçinin elita komandalarına rəhbərlik edən 8 mütəxəssis də iştirak edib.

Səsvermədə “Qarabağ”ın 18, “Neftçi”nin 21, “Səbail”in 24, “Qəbələ”nin 24, “Zirə”nin 26, “Sabah”ın 19, “Sumqayıt”ın 24, “Keşlə”nin isə 20 futbolçusu öz variantını açıqlayıb.

Respondentlər, ümumilikdə, 45 futbolçunu fərqləndiriblər. Yekunda “Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov mövsümün ən yaxşı futbolçusu seçilib. Azərbaycan millisinin 27 yaşlı oyunçusu 1 səs fərqi ilə “Qarabağ”ın futbolçusu Abdullah Zubiri qabaqlayıb. Mahmudov 30, Zubir isə 29 səs toplayıb. “Üçlüy”ü 20 səslə “Neftçi”nin digər futbolçusu Baqali Dabo qapayıb.

Bundan başqa, Səlahət Ağayev (“Neftçi”) 11, Mirabdulla Abbasov (“Neftçi”) 10, Mahir Mədətov (“Qarabağ”) və Aleksey İsayev (“Sumqayıt”) hərəyə 7,  Dani Kintana (“Qarabağ”) 6, Rəşad Eyubov (“Neftçi”) 5, Bədavi Hüseynov (“Qarabağ”), Ağabala Ramazanov (“Səbail”), Ceyms Adeniyi (“Qəbələ”) hərəyə 4, Marko Deviç (“Sabah”), Filip Ozobiç, Qara Qarayev (hər ikisi “Qarabağ”), Elvin Camalov, Stiven Monroz (hər ikisi “Qəbələ”) hərəyə 3, Riçard Almeyda (“Qarabağ”), Tellur Mütəllimov (“Zirə”), Kirill Petrov (“Neftçi”), Bəhlul Mustafazadə, Cavid Hüseynov (hər ikisi “Qəbələ”) hərəyə 2 səs alıblar.

Həmçinin 23 futbolçuya – Vurğun Hüseynov, Peyman Babayi, Ülvi İsgəndərov, Ehtiram Şahverdiyev (hamısı “Sumqayıt”), Maykl Essyen, Yevgeni Koçuk, Şəhriyar Rəhimov, Kamal Qurbanov (hamısı “Səbail”), Qismət Alıyev, Rauf Əliyev, Amin Seydiyev, Asif Məmmədov (hamısı “Qəbələ”), Simeon Slavçev, Miçel Madera, Donald Gerrye (hamısı “Qarabağ”), Saşa Stamenkoviç, Coşqun Diniyev, Vitali Kvaşuk (hamısı “Sabah”), Ömər Buludov, Namik Ələsgərov, Anton Krivotsyuk (hamısı “Neftçi”), Nikola Mitroviç (“Keşlə”) və Kamal Mirzəyevə (“Zirə”) bir nəfər səs verib. Bunlardan Kvaşuk qış fasiləsində “Sabah”dan ayrılıb.

Səsvermənin əsas şərtinə əsasən, respondentlərin öz komandalarının futbolçularına səs verməyiblər.(report)

Məqalədə : Neftçi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Abgül Süleymanovun həbsxanası dəyişdirildi

23

May
15:26
HÜQUQ,HADİSƏ
411

Görməni zəiflədən məhsullar

23

May
14:29
AİLƏ, SAĞLAMLIQ
90
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-05-2019 15:38



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru