Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 May

2019
21:38
1983
Riyaziyyatçımız olimpiadada rekorda imza atıb- FOTO

13 yaşlı həmyerlimiz  Fidan Qarayeva beynəlxalq yarışmada ölkəmizi uğurla təmsil edib və ən gənc qalib adını qazanıb.

Belə ki, aprelin 12-də Ukraynanın Kiyev şəhərində 8-ci Avropa Qızlar Riyaziyyat Olimpiadası (EGMO) keçirilib. Əlli ölkədən nümayəndələrin qatıldığı olimpiadada Avropa ilə yanaşı, ABŞ, Kanada, Avstraliya və digər ölkələrin məktəbliləri iştirak ediblər.

Təhsil Nazirliyindən verilən məlumata görə, Azərbaycanı bu yarışda Zəhra Bayramlı, Fidan Qarayeva, Şəms Əliyeva və Fidan Babayeva təmsil ediblər. Bu mötəbər bilik yarışında Bakı şəhəri 257 nömrəli tam orta məktəbin VII sinif şagirdi Fidan Qarayeva bürünc medal qazanıb.

Bakı şəhəri 257 nömrəli tam orta məktəbin VII sinif şagirdi Fidan Qarayeva 8-ci Avropa Qızlar Riyaziyyat Olimpiadasının tarixində ən gənc qalib olub. Onun cəmi 13 yaşı var. Təhsil naziri Ceyhun Bayramov qalibi qazandığı uğur münasibəti ilə təbrik edib.

Əldə etdiyimiz məlumata görə, Fidan Qarayeva ailəsi ilə Meksikada yaşayıb. Atası Meksika universitetlərindən birində ali riyaziyyat müəllimidir. Fidan Meksikada keçirilən yarışda da qızıl medal qazanıb. 

İlk dəfə 2012-ci ildə İngiltərədə təşkil olunan EGMO məktəbli qızlar arasında keçirilən bilik yarışıdır. 

Məqalədə : olimpiada Fidan Qarayeva 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda 22 nəfərə buynuz qişa köçürülüb

20

May
12:57
AİLƏ, SAĞLAMLIQ
39

DİN: Həftəsonu yol qəzalarında 6 nəfər ölüb

20

May
11:06
HÜQUQ,HADİSƏ
1060

Tovuzda 5 nəfər qidadan zəhərlənib

20

May
10:52
HÜQUQ,HADİSƏ
50
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-05-2019 13:36



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru