Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 May

2019
14:25
Xudat-Nabran avtomobil yolu təmir edilir

Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən ölkə əhəmiyyətli yollarla yanaşı, yeni kənd yollarının inşası, mövcudlarının isə müasir səviyyəyə çatdırılması sahəsində mühüm layihələrin icrası uğurla davam edir. Onlardan biri də 25 km uzunluğa malik Xudat-Nabran avtomobil yoludur.

Respublika əhəmiyyətli Gəndob-Xaçmaz-Yalama-Rusiya federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 49-74-cü km-lik hissəsini təşkil edəm Xudat-Nabran yolunun bərpası Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yüksək sürətlə və keyfiyyətlə aparılır.

Agentlikdən FaktXəbər-ə bildirilib ki, 1977-ci ildə inşa olunan Gəndob-Xaçmaz-Yalama avtomobil yolu uzun illər istismar olunduğundan, yolun hərəkət hissəsində çökmələr, sürüşmə xarakterli deformasiyalar əmələ gəlmişdi və əsaslı şəkildə təmirinə ehtiyac yaranmışdı.

Gəndob-Xaçmaz-Yalama-Rusiya federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Xudat-Nabran hissəsi III texniki dərəcəyə uyğun bərpa olunur.

Bərpa işləri yol boyu yerləşən 15 yaşayış məntəqəsinin əhalisinin gediş-gəlişinin rahatlaşmasına gətirib çıxarmasından başqa, yoldan istifadə edən xarici qonaqların və turistlərin də rahat şəkildə mənzil başına çatmasına imkan yaratmaqla yük və sərnişin daşımasının asanlaşmasına gətirib çıxaracaq.

Tərtib olunmuş qrafikə uyğun işlərin qısa müddət ərzində aparılaraq yekunlaşdırılması planlaşdırılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci ilin may ayının 4-də Xaçmaza səfəri çərçivəsində Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 24-48 kilometrlik hissəsini təşkil edən Xaçmaz-Xudat avtomobil yolunun açılışını edib.

Məqalədə : Xudat Nabran avtomobil 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Aeroport yolunda zəncirvari qəza

09

Dekabr
10:15
BÖLMƏNİ DÜZ SEÇ!
70

"WhatsApp"da yeni funksiya

09

Dekabr
10:13
DÜNYA
114

İranda avtobus aşıb, yaralananlar var

09

Dekabr
10:00
DÜNYA
156

Atəşkəs rejimi 22 dəfə pozulub

09

Dekabr
09:45
HƏRB
195

Kənd yumurtaları alarkən diqqətli olun

09

Dekabr
08:40
ÖLKƏ
409

Bir ailənin 4 üzvü dəm qazından zəhərlənib

09

Dekabr
08:34
HÜQUQ,HADİSƏ
311

Bakıda bacı və qardaş bıçaqlanıblar

09

Dekabr
08:30
HÜQUQ,HADİSƏ
359

Şahin Mustafayevə yeni vəzifə verildi

07

Dekabr
17:52
SİYASƏT
722

Xətai rayonunda su olmayacaq

07

Dekabr
13:25
ÖLKƏ
364

Neft yenidən bahalaşıb

07

Dekabr
12:00
ÖLKƏ
367
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


09-12-2019 10:24



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru