Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Aprel

2019
09:27
2167
`Paşa Sığorta` `Xaliq Faiqoğlu`nu məhkəməyə verib

Paşa Sığorta” ASC “Xaliq Faiqoğlu” MMC-ni məhkəməyə verib.

Sığorta şirkəti ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib.

Cavabdeh “Xaliq Faiqoğlu” MMC-dən subroqasiya qaydasında iddiaçı “Paşa Sığorta” ASC-nin xeyrinə dəymiş ziyana görə 11 816 manat məbləğində sığorta ödənişinin tutulması barədə qətnamə qəbul edilməsini istəyib.

Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edib ki, iddia ərizəsi geri qaytarılmalıdır.

Belə ki, sığorta şirkəti tərəfindən MMC ilə mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət edilməsinə dair sənədin cavabdehə çatdırılmasına dair sübut əlavə edilməyib.

Qərara əsasən, sənədlər geri qaytarılıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Neft yenidən ucuzlaşıb

22

May
09:21
İQTİSADİYYAT
76

Tələsən oğlan - VİDEO

21

May
22:04
NƏQLİYYAT
1650
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-05-2019 10:41



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru