Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Aprel

2019
11:14
602
Rəsmi Dehli Şri-Lanka hökumətini terrorlar barədə xəbərdar edibmiş

Hindistan rəhbərliyi Şri-Lanka hökumətini terrorlar barədə xəbərdar edibmiş. FaktXeber.com-un məlumatına görə, bu barədə CNN öz mənbəsinə istinadla xəbər verib.

Bildirilir ki, Hindistan hökuməti bu barədə ölkədə saxlanılan şəxsdə istintaq zamanı öyrəniblər. O iddia edibmiş ki, Şri-Lanka  terrorunda şübhəli bilinən şəxsə təlim keçib.

Mənbə bildirib ki, istintaq zamanı saxlanılan şəxs Şri-Lanka terrorçularından birinin adını çəkib – Zaxran Haşim. Onun sözlərinə görə, bu şəxs İŞİD üzvüdür. 

Xatırladaq ki, silsilə terror aktları aprelin 21-də xristianların Pasxa bayramı günü baş verib. Həmin vaxt katolik kilsələr və beşulduzlu otellərdə ümumilikdə səkkiz partlayış baş verib. Son məlumatlara görə,  ölənlərin sayı 321 nəfərə çatıb. Bundan başqa daha 500-ə yaxın insan yaralanıb. Qurbanlardan 45-nin uşaq, 35-nin isə xarici ölkə vətəndaşı olduğu bildirilir.

Terrorda məsuliyyəti İŞİD öz üzərinə götürüb

Hüquq mühafizəçilərin məlumatına görə, terrorda 9 intiharçı iştirak edib. Baş verən faciədə şübhəli bilinən 100-dən artıq insan saxlanılıb.

Adada hazırda fövqəladə vəziyyət elan olunub.

Məqalədə : Şri-Lanka 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Monitorinq olacaq

22

May
11:11
HƏRB
33

Neft yenidən ucuzlaşıb

22

May
09:21
İQTİSADİYYAT
79
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-05-2019 11:35



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru