Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Aprel

2019
10:24
670
Ərdoğanla Trampın görüşü planlaşdırılır

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Millət Məclisinin açılışının 99-cu ildönümü və 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı münasibətilə təşkil olunan ziyafətdə jurnalistlərin suallarını cavablandırıb.

FaktXəbər-in "Anadolu" agentliyinə istinadən məlumatına görə, AK Partiyanın İstanbul seçkiləri ilə bağlı fövqəladə etirazlarını müzakirə edən YSK-nın qərarı ilə bağlı suala Ərdoğan, "qərara qarşı hər hansı bir şərh vermək istəmirəm. Hazırda yadımda qaldığı qədərilə 9 maddəyə etiraz var. Digər 8-nin öyrənilməsinə ayrıca qərar veriblər. 8 maddənin də araşdırmasını hazırda izləyirik. Onlar da təhlil olunduqdan sonra yekun qərarını gözləyəcəyik", -deyə bildirib.

Ərdoğan daha sonra, "ABŞ prezidenti ilə görüşünüz, ya da onun Türkiyəyə bir səfəri ola bilərmi" sualını cavablandıran Ərdoğan, "Ola bilər. Hazırda görüş planımız var. Bu günlərdə baş tuta bilər", söyləyib.

Qeyd edək ki, Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın rəsmi Ankaranın ABŞ Prezidenti Donald Trampın Türkiyəyə səfər edəcəyinə ümid etdiyini bildirmişdi. Onun sözlərinə görə, ABŞ Prezidenti Administrasiyasından da Trampın cari il ərzində Türkiyəyə səfərini istisna etmirlər.

Məqalədə : Ərdoğan Tramp 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Neft yenidən ucuzlaşıb

22

May
09:21
İQTİSADİYYAT
76

Tələsən oğlan - VİDEO

21

May
22:04
NƏQLİYYAT
1650
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-05-2019 10:45



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru