Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Aprel

2019
10:18
1132
56 min dollarlıq təqaüd qazanan tələbə barədə yeni xəbər

Azərbaycanlı şagird Yasin Quliyev təhsilini Türkiyədə, öz zəhməti hesabına qazandığı Sabancı Universitetində davam etdirməyə qərar verib.

FaktXəbər bildirir ki, bunu “Report”a açıqlamasında Türkiyədə ali təhsil üzrə 56 min dollarlıq təqaüd qazanan 17 yaşlı Yasin Quliyevin atası Yalçın Quliyev deyib. 

Qeyd edək ki, Yasin Quliyev dünyanın bir çox nüfuzlu universitetlərinə  - University of Massachusetts Boston, University of South Florida, Illinois State University-yə qəbul təklifi, Türkiyə Bahçeşehir və Sabancı univeristetlərində isə pulsuz təhsil almaq hüququ qazanıb.

Yalçın Quliyev son günlər oğlu ilə bağlı sosial şəbəkələrdə aparılan müzakirələrdən ehtiyatlandığını da dilə gətirib: “İstəməzdim ki, Yasinin bu uğuru və bundan irəli gələrək ictimaiyyətin müzakirəsi ona təhsil aldığı müddətdə mənfi təsir etsin. Onun həyatı qabaqdadı, öz uğurlarını davam etdirməlidir. Yasinin ən böyük arzusu oxumaq və araşdırmaqdır". 

Atası qeyd edib ki, artıq Yasinə Türkiyədə fəaliyyət göstərən bəzi şirkətlərdən iş təklifi gəlib və tələbə olduğu müddətdə həmin şirkətlərin birində təcrübə keçmək üçün çalışacaq. “Bir valideyin olaraq biz də istəyirik ki, Yasin məsuliyyətli gənc kimi çalışsın və zəhməti ilə özünün digər xərclərini ödəsin. Çox sağolsunlar, xeyli insanlar əlaqə saxlayır və dəstək təklif edirlər. Lakin bu məsələ ilə bağlı kiminsə spekulyasiya etməsini qətiyyən istəmirik”. 

Xatırladaq ki, 17 yaşlı azərbaycanalı "Ankara məktəbi" məktəb-liseyi, “İstək” liseyində təhsil alıb. Hazırda isə Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyində 11-ci sinifdə oxuyur.

Məqalədə : Yasin Quliyev 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan neftinin qiyməti 62 dollara yaxınlaşıb

17

Avqust
13:00
İQTİSADİYYAT
199

Sabah Bakıda 34 dərəcə isti olacaq

17

Avqust
11:09
ÖLKƏ
1080

Dünya bazarlarında neft bahalaşıb

17

Avqust
10:12
İQTİSADİYYAT
265

Turistlərə Xınalıqla bağlı xoş xəbər

16

Avqust
14:51
İQTİSADİYYAT
412
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-08-2019 06:47



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru