Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Aprel

2019
09:05
930
Kompensasiyalarla bağlı SMS almayan vətəndaşların NƏZƏRİNƏ!

Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" fərmanının icrası ilə əlaqədar olaraq, ötən gündən etibarən müştərilərə kompensasiyaların ödənilməsinə başlanılıb.

FaktXəbər-in məlumatına görə, Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat katibi Elşən Allahverdiyev Trend-ə deyib ki, paytaxtla yanaşı, regionlarda da aktivlik müşahidə olunur:

"Dünəndən etibarən kompensasiyaların verilməsinə start verilib. Banklarda sıxlıq yaranmasın deyə, hər bir bank öz müştərisinə SMS-bildiriş göndərir. Bu da növbəlilik prinsipinin qorunmasına dəlalət edir ki, vətəndaşlarımız vaxt itkisinə məruz qalmasınlar. Vətəndaşlar bildirilən vaxtda banka yaxınlaşırlar. Şəffaf formada, elektron şəkildə bankdan kompensasiyalarını alırlar. 500 manata qədər olan vəsaitlər vətəndaşlara nağd, 500 manatdan yuxarı olan vəsaitlər isə kart formasında verilir".

E.Allahverdiyev qeyd edib ki, kredit müqaviləsində qeyd olunan telefon nömrələrini dəyişmiş və ya nömrələrini itirmiş vətəndaşlarımız, banka yaxınlaşaraq əlaqə koordinatlarını yenidən qeyd etdirə və müvafiq SMS-i gözləyə bilərlər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Nazirlik parklara müdir axtarır

24

May
10:40
ÖLKƏ
38

Azərbaycan nefti 4%-dən çox ucuzlaşıb

24

May
09:37
İQTİSADİYYAT
1050
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2019 11:02



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru