Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Aprel

2019
15:12
2376
Yeni `Sony` televizorlarının qiyməti açıqlanıb

“Sony Electronics” korporasiyası 2019-cu il “ağıllı” televizor modelləri sırasının qiymətini və satışa başlanma müddətini açıqlayıb.

Məlumata görə, iyunda satışa çıxarılacaq qabaqcıl “Master Series Z9G 8K HDR TV” televizor ailəsinə 85 və 98 düym diaqonallı iki model daxildir. Qiyməti müvafiq olaraq 13 və 70 min dollar təşkil edəcək televizorlar 7680 × 4320 piksel təsvir ölçüsünə malikdir, eləcə də təsvir keyfiyyətinin yaxşılaşdırılması üçün bir sıra texnologiyaları, “Wi-Fi 802.11ас” simsiz rabitəsini və s. dəstəkləyir.

Bundan başqa, may-iyunda 3840 × 2160 piksel təsvir ölçülü 55, 65 və 77 düym diaqonallı “Master Series A9G 4K OLED TV” modelləri satışa çıxarılacaq. Qiyməti müvafiq olaraq 3500, 4500 və 8 min dollara bərabər olacaq qurğular üzvi işıq diodlar (OLED) texnologiyası əsasında hazırlanıb.

Bildirilir ki, mayda satışlarına başlanacaq 55 və 65 düym diaqonallı “Sony A8G 4K OLED TV” televizorları 2500 və 3500 dollara təklif olunacaq.

“Sony X950G 4K HDR TV” ailəsinə 55, 65, 75 və 85 düym ölçülü dörd “LCD” model daxil olacaq. Onların qiyməti 1400 və 5 min dollar arasında dəyişəcək. Bundan əlavə, alıcılara 3500 dollarlıq 85 düym diaqonallı “Sony X850G 4K HDR TV” modeli təklif ediləcək.

Həmçinin, Yaponiya istehsalçısı tezliklə 43-75 düym diaqonallı “Sony X800G 4K HDR TV” televizorlarının satışına başlamağı planlaşdırır. Onların qiyməti modifikasiyadan asılı olaraq 650 dollar və 2 min dollar arasında dəyişəcək.

Məqalədə : Sony A8G 4K OLED TV 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Zəvvarların ilk qrupu Vətənə dönüb - FOTO

21

Avqust
15:45
MƏNƏVİYYAT
300

Azərbaycan Çinlə birgə kombi istehsalına başladı

21

Avqust
15:31
İQTİSADİYYAT
168

Polis Balakəndə əməliyyat keçirib, saxlanılan var

21

Avqust
15:18
HÜQUQ,HADİSƏ
190

Bakıda yol qəzası - sıxlıq yarandı

21

Avqust
15:00
NƏQLİYYAT
218

Bakı bulvarında sadə çay verilmir - VİDEO

21

Avqust
14:36
ELM / TƏHSİL
263

Bakıda avtoservisdən “Niva” oğurlanıb

21

Avqust
12:28
HÜQUQ,HADİSƏ
203
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-08-2019 04:38



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru