Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Aprel

2019
14:47
657
Alimlər Yerdə yeni qitə aşkarlayıb

Hamı bilir ki, Yerdə 7 materik var. Lakin tezliklə məktəblərdə uşaqlara 8 materik barədə məlumat veriləcəyi də istisna deyil. FaktXeber.com-un verdiyi məlumata görə, təqribən 2 il öncə 11 geoloq bəyan etmişdi ki, bütün bu illər ərzində Zellandiya qitəsindən diqqətləri yayındırmışıq.

İlk dəfə bu nəzəriyyəni irəli sürən 11 geoloqa artıq digər alimlər də qoşulub: Zellandiyadan qrunt, maqma nümunəli götürülməyə, flora və faunası öyrənilməyə başlanıb.

Onu da qeyd etmək yerinə düşər ki, hələ 1995-ci ildə Kaliforniyadan olan geofizik və okeanoqraf Bryus Lyuendik (Bruce P. Luyendyk) bu qitənin mövcudluğu barədə  nəzəriyyə irəli sürmüşdü (həmin vaxt o, bu ərazini «mikroqitə» adlandırmışdı) və məhz o, buna Zellandiya adını qoymuşdu. 

Lakin elm dünyasının bu nəzəriyyəni qəbul etməsi üçün 20 ildən artıq vaxt lazım oldu. Hazırda elmi icmalarda  Zellandiyanın rəsmi qitə kimi qəbul olunması barədə müzakirələrə başlanılıb. Lakin hər zaman olduğu kimi, belə proseslər çox yavaş gedir. 

Qeyd edək ki, Məşhur Yeni Zellandiya adalarından adını alan qitənin 95 faizi suyun altındadır, lakin gözümüzlə gördüyümüz 5 faiz ilin istənilən vaxtında və istənilən rakursdan möhtəşəm mənzərəyə malikdir. Zellandiyanın ən məşhur görünən hissəsi Yeni Zellandiyanın Şimali və Cənubi adaları, Norfolk adası, Lord –Xau adası və insanların yaşamadığı  Yelizaveta və Middlton rifləridir. Bütün bu adalar Avstraliyanın şərqindədir.

Ehtimallara görə, təqribən 25 milyon il öncə Cənubi Amerika və Avstraliya  bir-birlərindən ayrılmağa başlayıb, Zellandiya da yerini dəyişib. Alimlər həmçinin hesab edirlər ki, bu qitə nə vaxtsa Antarktika və Avstraliya ilə bir olub. Hazırda  Zellandiya və Antarktika arasında 6000 km məsafə var.

Məqalədə : Zellandiya yeni qitə 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Yeniçağ"ın müxbiri 10 sutkalıq həbs edildi

27

May
16:34
HÜQUQ,HADİSƏ
62

Bakı-Tver-Bakı avtobus marşrutu açıldı

27

May
16:22
NƏQLİYYAT
563
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-05-2019 18:15



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru