Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Aprel

2019
09:20
374
4G istifadəçilərinin sayı 1 il ərzində 2 dəfədən çox artıb

Ölkənin ən gənc mobil operatoru “Nar”-ın 4G istifadəçilərinin sayı sürətlə artmaqdadır. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə “Nar” 4G internetindən istifadə edənlərin sayı 110% artaraq 600 mindən çox olub. Ümumilikdə, “Nar” abunəçilərinin 25%-i yüksəksürətli 4G internetinin istifadəçisidir. Şirkətin mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, mobil operatorun 4G istifadəçilərinin sayının artmasına ölkə ərazisində yeni baza stansiyalarının sürətlə quraşdırılması,  eləcə də 4G smartfon penertasiyasının artımı təsir edib. Belə ki, son 1 ildə “Nar”-ın smartfon istifadəçilərinin sayı 20% çoxalıb.  

Qeyd edək ki, “Nar” 4G xidmətini paytaxtla yanaşı, bölgələrdə, şəhər və rayon mərkəzlərində də təqdim etməkdədir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bölgələrdə internet istifadəçilərinin sayı 75% artıb. “Nar” 4G istifadəçilərinin 71%-i paytaxt Bakının, 29%-i isə regionların payına düşür. Mobil operatorun 4G baza stansiyalarının təqdim etdiyi yüksəkkeyfiyyətli mobil internet xidməti nəticəsində, internet trafikinin həcmi son 1 ildə 70%-ə qədər yüksəlib.  

4G keyfiyyəti ilə yanaşı, “Nar”-ın təklif etdiyi sərfəli qiymətlər abunəçilərin mobil internetdən daha çox istifadəsinə şərait yaradır. Limitsiz internet paketləri, müştərilərə həm internet, həm danışıq dəqiqələrini paket şəklində bir arada almaq imkanı verən tariflər “Nar” 4G istifadəçilərinin sayının artmasına təsir edib.  

Məqalədə : Nar 4G 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
524

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
357

Mərdəkan körpüsündən avtomobil aşıb

23

Avqust
14:18
HÜQUQ,HADİSƏ
220

Ramanada quru ot sahəsi yanır

23

Avqust
14:17
HÜQUQ,HADİSƏ
180

Günün qarşılaşmaları TV AFİŞA

23

Avqust
14:15
İDMAN
178

Deputat oğlunu həbsdən çıxartdırmaq istəyir

23

Avqust
12:48
HÜQUQ,HADİSƏ
308

Sabahın hava proqnozu açıqlanıb

23

Avqust
12:31
ÖLKƏ
374
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-08-2019 01:54



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru