Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Aprel

2019
11:40
786
Azərbaycan vətəndaşları 3 aya ərzaqa nə qədər pul xərcləyib? - RƏSMİ AÇIQLAMA

2019-cu ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,7 faiz üstələyərək 8,8 milyard manata bərabər olub.

Bu barədə FaktXəbər-ə Dövlət Statistika Komitəsindən bildirilib.

Ticarət dövriyyəsinin 4472,1 milyon manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 4371,0 milyon manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2018-ci ilin yanvar-mart aylarına nisbətən real ifadədə müvafiq olaraq 2,4 faiz və 3,1 faiz artıb.

Hesabat rübündə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:

Məhsul qruplarının adları Satışdan gəlir, milyon manatla 2018-ci ilin yanvar-mart aylarınanisbətən, faizlə
Pərakəndə ticarət dövriyyəsi 8 843,1 102,7
o cümlədən:
ərzaq məhsulları 4 019,2  102,5
içkilər və tütün məmulatları 452,9 101,3
toxuculuq məhsulları, geyim və ayaqqabılar 1 563,8 103,0
elektrik malları və mebellər 525,7 102,6
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları 65,1 102,9
əczaçılıq və tibbi mallar 110,5 103,5
avtomobil yanacağı 493,2 101,9
digər qeyri-ərzaq məhsulları 1 612,7 103,6

Hesabat rübündə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,5 faizi ərzaq məhsullarının, 5,1 faizi içkilər və tütün məmulatlarının, 17,7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,9 faizi elektrik malları və mebellərin, 5,6 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,2 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

2019-cu ilin yanvar-mart aylarında istehlak məhsullarının dəyər ifadəsində 18,7 faizi ticarət müəssisələri, 48,9 faizi fərdi sahibkarlar tərəfindən, 32,4 faizi isə bazar və yarmarkalarda satılıb. 2018-ci ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 30,8 faiz artmış, fərdi sahibkarlar üzrə 1,2 faiz, bazar və yarmarkalarda 3,5 faiz azalıb.

Hesabat rübündə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi  298,7 manat və ya 2018-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 9,5 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 151,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 147,6 manatlıq qeyri-ərzaq məhsulları alıb.

Məqalədə : ərzaq mağaza 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Dinimizin kamil olduğu gün - Qədir-Xum Bayramı

19

Avqust
18:43
MƏNƏVİYYAT
175

Günün qarşılaşmaları TV AFİŞA

19

Avqust
16:31
İDMAN
916

Vilayət Eyvazov yeni polis rəisi təyin edib

19

Avqust
16:23
HÜQUQ,HADİSƏ
135

Azərbaycanda nə qədər pensiyaçı var?

19

Avqust
15:07
ÖLKƏ
271

3 rayonda qaz təchizatı dayandırılıb

19

Avqust
15:03
ÖLKƏ
150

Sabah Bakıda 37 dərəcə isti olacaq

19

Avqust
12:34
ÖLKƏ
201
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-08-2019 00:26



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru