Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Aprel

2019
10:35
744
İlk QİBLƏnin hara olduğu Quranda varmı?

"Hər kəs Peyğəmbərə itaət edərsə (onun əmrinə tabe olarsa), həqiqətdə Allah-Taalaya itaət etmiş və Allahın əmrinə tabe olmuşdur" – Quran/NİSA/80.

Tarix, təfsir və hədis kitablarından məlumdur ki, müsəlmanların ilk QİBLƏsi Məkkədəki KƏBƏ evi olmamışdır və müsəlmanlar Peyğəmbərin əmirinə əsasən "Beyt əl-Müqəddəs"ə (ƏQSA məscidi) üz tutaraq namaz qılıblar. Sonradan isə yəhudi və məsihilərin tənəsinə tuş gəldikləri üçün Allah-Taalanın birbaşa Quran ayəsi əsasındakı əmiri ilə müsəlmanlar namaz qıldıqları halda qiblələri KƏBƏ evinə tərəf dəyişilir – (Bəqərə/144). 

Quran-Kərimdə ilk QİBLƏ barədə açıq bir söz olmasa da, aşağıdakı ayələrdən belə anlaşılır: 

1). Müsəlmanların iki qibləsi olmuşdur – (Bəqərə/143). 

2). Birinci qibləyə üz tutmaq barədə Quran ayəsi yoxdur və bu Peyğəmbərin əmri ilə olmuşdur, Allah-Taala da Peyğəmbərin bu əmiri ilə razılaşmışdır. Daha dəqiq desək, Qüdsə üz tutmaq əslində Allah-Taalanın Peyğəmbərə "qeyri-Qurani" vəhyi əsasında həyata keçirilmişdir. Çünki Peyğəmbərin bütün elmi Allah tərəfindəndir. Bu, bəzən aşkar Quran ayəsi ilə göstərilib, bəzən birbaşa qəlbə olunan ilham, bəzən yuxuda və bəzən də Həzrət Cəbrayılın (ə) Peyğəmbərə gətirdiyi xəbərlər ki, əhkam, təfsir, əxlaq və Qüdsi hədislər formasında bizə çatıb.

Buna görə də Peyğəmbərin bütün göstərişləri Quranda olmasa da VƏHY sayılır. Başqa ibarə ilə desək, Peyğəmbərin sözü, işi və təsdiqi, yəni SÜNNƏ adlanan məcmuə HÖCCƏTdir və dini göstəriş hesab edilir. Bu mövzuya Allah-Taala Quran-Kərimdə işarə edərək buyurur ki, "Mən qibləni dəyişərək kimlərin sənin sözünə tabe olacağını və kimlərin səndən üz döndərəcəyini aşkar etmək istədim" - (Bəqərə/143). 

3). Müsəlmanların üz tutduqları qiblə öncədən başqa dinlərin davamçılarının olduğu üçün onlar müsəlmanlara tənə və istehza ediblər. Bu da öz növbəsində göstərir ki, müsəlmanların üz çevirə biləcəyi və həmçinin başqa İlahi dinlər ilə şərikli ola biləcəyi bir qiblə var idi: QÜDS – (Bəqərə/143). 

Həmçinin bu barədə danışan ayələrdən məlum olur ki, bu qiblə əhl-kitabın (yəhudi və məsihilərin) olmuşdur – (Bəqərə 145). 

4). İş-gücü xırdaçılıq və sözbazlıq olan cahillər yenə də öz işindən qalmayıb deyirlər ki, əvvəl başqa qiblə, indi də başqa?! - (Bəqərə/142).

Bu ayə də qiblənin iki olmasını sübut etməklə əlavə həm də deyir ki, bizim vəzifəmiz dəlillər əsasında haqqı demək və haqqa əməl etməkdir, cahillər ilə söz güləşdirməyə dəyməz, çünki onların da istədiyi elə budur ki, insanları öz sözləri ilə məşğul etsinlər, onların diqqətini çəksinlər və öz yararsız əməlləri ilə haqq tərəfdarlarını ibadətlərindən və doğru yolda çalışmalarından saxlasınlar.

Mirməhəmməd Bəşir

Məqalədə : Qiblə Kəbə 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Paşinyanın oğlu Yerevana qaçdı

24

May
15:07
DÜNYA
296

Azərbaycanda yeni neft-qaz yataqları axtarılacaq

24

May
14:31
İQTİSADİYYAT
1263

Məşhur şirkətdən "Huawei"yə zərbə

24

May
14:26
İQTİSADİYYAT
660

Milli Oftomologiya Mərkəzi Şəkidə də açılacaq

24

May
14:21
AİLƏ, SAĞLAMLIQ
793

Sabahın hava proqnozu açıqlanıb

24

May
12:55
ÖLKƏ
1428

Qədr gecəsində nə etməli?

24

May
12:44
RAMAZAN AYI
1382
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2019 15:26



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru