Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Aprel

2019
09:48
530
Trampın partiyasından etiraz: O yenidən seçilərsə, siyasi faciə olacaq

ABŞ-da Massaçusetsin keçmiş qubernatoru Bill Ueld 2020-ci il prezident seçkilərində Respublikaçı Partiyadan namizəd olacağını açıqlayıb.

FaktXəbər-in məlumatına görə, Ueld ABŞ prezidenti Donald Trampa öz partiyasından rəqib olan ilk Respublikaçı namizəd oldu.

CNN telekanalına açıqlama verən 73 yaşlı Ueld bildirib ki, Tramp 2020-ci ildə təkrar seçilərsə və daha 6 il Ağ Evdə qalarsa, bu, siyasi faciə olacaq.

ABŞ-ın gələcəyindən narahat olduğunu bildirən Ueld, prezident seçkilərinə qatılmasa, özündən utanacağını deyib.

Ueld Respublikaçı Partiyanın namizədliyini qazanmasa, müstəqil namizəd kimi seçkiyə getməyəcəyini bildirib.

Qlobal tədqiqat şirkəti "Gallup"un sorğusuna görə, ABŞ prezidenti Trampın Respublikaçılar arasında aldığı dəstək 90 faizə bərabərdir.

1991-1997-ci ildə Massaçusets qubernatoru vəzifəsini icra edən Ueld 2016-cı ildə keçirilən prezident seçkilərində yarışan Azadlıqsevər (Libertarian) Partiyasının namizədi Harri Consonun da köməkçisi olmuşdu.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Tramp 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-04-2019 06:59



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru