Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Aprel

2019
20:58
150
Məhkəmə-Hüquq Şurasında “qaynar xətt” yaradılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı bu sahədə islahatların keyfiyyətcə yeni mərhələyə keçməsini şərtləndirib, məhkəmə-hüquq orqanlarının fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması üçün “yol xəritəsi” olub.

Məhkəmə-Hüquq Şurasından FaktXəbər-ə verilən məlumata görə, fərmanda ədalət mühakiməsinin səmərəliliyinin artırılması və məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə çoxsaylı mütərəqqi tədbirlərlə yanaşı, məhkəmələrin fəaliyyətinə müdaxilənin qarşısının alınması mexanizmlərinin təkmilləşdirilməsi və belə müdaxiləyə görə məsuliyyətin artırılması barədə konkret tapşırıq və tövsiyələr müəyyənləşdirilib.

Eyni zamanda fərmanda hakimlərin müstəqilliyinin təmin edilməsi, məhkəmələrin fəaliyyətinə müdaxilə və digər neqativ halların aradan qaldırılması məqsədilə müvafiq məlumatların qəbulu üçün Məhkəmə-Hüquq Şurasında “qaynar xətt”in yaradılması məsələsi qoyulub.

Bununla əlaqədar həmin məsələlər üzrə Şuraya birbaşa və maneəsiz müraciət etmək imkanlarının yaradılması məqsədilə zəruri avadanlıqla təchiz edilmiş “Qaynar xətt” əlaqə mərkəzi yaradılıb və ilkin olaraq (012) 310-22-77 nömrəli telefon xətti ilə fəaliyyətə başlayıb. “Qaynar xətt” əlaqə mərkəzinə bütün iş günlərində iş vaxtı ərzində müraciət etmək mümkün olacaq.

"Qaynar xətt" əlaqə mərkəzinə daxil olan və icraata götürülən aidiyyəti müraciətlər üzrə Məhkəmə-Hüquq Şurası tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə hərtərəfli, tam və obyektiv araşdırmaların aparılması təmin ediləcək.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-04-2019 04:53



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru