Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Aprel

2019
15:59
184
Azərbaycanda mobil telefonların idxalı artıb

Bu ilin fevral ayında Azərbaycana 79 121 ədəd mobil və ya başqa simsiz rabitə şəbəkəsi üçün telefon aparatları idxal olunub. Bu barədə FaktXəbər-ə Dövlət Statistika Komitəsindən bildirilib.

Komitədən verilən məlumata görə, yanvar ayı ilə müqayisədə idxalın artımı  fevralda 11,8% təşkil edib. İdxal olunan məhsulların dəyəri 9 984,4 min ABŞ dolları təşkil edib ki, bu da yanvar ayının göstəricisi ilə müqayisədə 23% çoxdur.

Bu ilin yanvar-fevral aylarında isə ölkəyə 149 875 ədəd mobil qurğu idxal olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə idxalın artımı 44% təşkil edib. İdxal olunan məhsulların dəyəri 18 100,9 min dollar təşkil edib ki, bu da ötən ilin yanvar-fevral aylarının göstəricisini 86,6% üstələyir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : mobil telefonlar 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-04-2019 04:51



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru