Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Aprel

2019
12:23
305
Kanadada `Qarabağ` klubu yaradıldı

Kanadanın Torondo şəhərində bir qrup azərbaycanlı gənc “Qarabağ” adlı  futbol klubu yaradıb.

Faktxeber.com Diasporla İş üzrə Dövlət Komitəsinə istinadla xəbər verir ki, klub 2018-ci ildə təsis olunub və ilk olaraq futbol komandasına 20 nəfər azərbaycanlı daxil olub.

“Bu gün dünyanın dörd bir yanında azərbaycanlılar yaşayır və onların uğurlarının şahidi oluruq. Məsafəcə ölkəmizdən çox uzaq olan Kanadada, o cümlədən Torontoda məskunlaşan soydaşlarımız, buradakı Azərbaycan cəmiyyətinin üzvləri vaxtaşırı maraqlı tədbirlər təşkil edir, yaşadıqları cəmiyyətə inteqrasiya olmaq üçün yerli təşkilatlarla da sıx əlaqələr qururlar.

Kanadada yaradılan “Qarabağ” futbol klubunun fəaliyyəti də məhz o baxımdan əhəmiyyətlidir ki, futbol idman olsa da, həm də ideoloji oyundur. Məhz bu yolla xaricdəki soydaşlarımız bir-birinə daha da yaxınlaşa, bağlarını sarsılmaz edə və Azərbaycanı tanıda bilərlər”, – deyə məlumatda qeyd edilir.

Bildirilir ki, futbol klubunu yaradan gənclər Kanadanın Vaterloo Universitetində təhsil alanda da “Qarabağ” adı altında futbol komandası yaradıb və həvəskar kimi çıxışlar ediblər.

Artıq yeni yaradılan “Qarabağ” 3 mindən çox üzvü olan “Toronto Soccer Connection” təşkilatının tərkibindəki liqaya qoşulub.

Klubun yaradıcıları ad üzərində düşünəndə, Azərbaycanın ən uğurlu klublarından biri olan “Qarabağ”ın adını öz klublarına da verməyə qərar verib və bunu ən doğru seçim hesab ediblər.

“Qarabağ” futbol klubu artıq Torontoda tanınır və indi komandaya Azərbaycan, Türkiyə, Fransa, İrlandiya, Albaniya, Yaponiya və başqa ölkələrdən gələn gənclər də daxildir.

“Klubun təmsilçiləri bildirirlər ki, “Qarabağ” futbol klubu təkcə ölkəni və milləti tanıtmaq üçün deyil, həm də icma daxilində qardaşlıq və əməkdaşlıq üçün bir vasitə rolunu oynayır. Artıq bu təşəbbüsümüz bizi Torontodakı başqa həmyerlilərimiz və futbolsevərlərlə birləşdirib. Bunun davamı olaraq biz yeni və fərqli təşəbbüslərlə də çıxış edəcəyik. Ümid edirik ki, hər bir addım bizim birliyimiz üçün dəstək rolunu oynayacaq” – deyə məlumatda qeyd olunur.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ATƏT-in nümayəndə heyəti Ağdama gəlib

25

İyun
09:45
SİYASƏT
891

İnquşetiya prezidenti istefa verdi

24

İyun
20:35
DÜNYA
106

Sami Yusuf Bakıdadır - FOTO

24

İyun
19:55
MARAQLIDIR
1824

Diqqət! Tıxac var

24

İyun
16:56
NƏQLİYYAT
548

"Kənd təsərrüfatına gənclər cəlb edilməlidir"

24

İyun
16:05
İQTİSADİYYAT
1643

Zelenski üç qubernatoru işdən qovdu

24

İyun
15:38
DÜNYA
1770

AŞ PA-nın yay sessiyası işə başlayıb

24

İyun
15:32
SİYASƏT
2014

Günün qarşılaşmaları TV AFİŞA

24

İyun
15:25
İDMAN
1313
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-06-2019 09:51



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru