Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Aprel

2019
09:31
1908
Polis Gəncədə əməliyyat keçirdi - 4 nəfər saxlanıldı

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə Regional qrupundan FaktXəbər-ə verilən məlumata görə, aprelin 11-də Gəncə ŞBPİ-nin Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qabaqcadan əlbir olaraq, narkotik vasitələrin alqı-satqısında şübhəli bilinən şəhər sakinləri, 29 yaşlı Elvin Nağıyev, 26 yaşlı Rəşad Əliyev və əvvəllər məhkum olunmuş 27 yaşlı Nəriman Mirbağırov saxlanılaraq Nizami Rayon İdarəsinə gətirilib. Onların üzərinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxış keçirilən zaman Nəriman Mirbağırovun üzərindən 1.8 qram, yaşadığı evin müxtəlif yerlərindən isə ümumi çəkisi 1 kq 343 qram, Elvin Nağıyevin üzərindən 1.9 qram, Rəşad Əliyevin yaşadığı evdən isə 82.2 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Bundan başqa, ŞBPİ-nin Kəpəz Rayon Polis İdarəsinin keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş 60 yaşlı Elman Rzayev qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, saxlamaqda, üzərində gəzdirməkdə və satmaqda şübhəli olduğuna görə şəhər ərazisində saxlanılaraq Kəpəz RPİ-nə gətirilib və onun üzərinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxış keçirilən zaman əlində olan sellofan torbadan və pencəyinin sol yan cibində dörd bükümdə ümumi çəkisi 235.08 qram narkotik vasitə olan tiryək aşkar olunaraq götürülüb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə : polis Gəncə 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda şəkərli diabet xəstələrinin sayı artıb

17

Sentyabr
22:15
AİLƏ, SAĞLAMLIQ
138

Azərbaycan gömrüyündə MİLYONLUQ ƏMƏLİYYAT - FOTO

17

Sentyabr
20:56
HÜQUQ,HADİSƏ
151

Neft gün ərzində ikinci dəfə ucuzlaşdı

17

Sentyabr
20:04
İQTİSADİYYAT
128

Bir qrup mədəniyyət xadiminə fəxri adlar verilib - SƏRƏNCAM

17

Sentyabr
18:18
BÖLMƏNİ DÜZ SEÇ!
119

Türkmən qazı Azərbaycan ərazisindən keçə bilər

17

Sentyabr
17:00
İQTİSADİYYAT
170

Milanda hücum: 1 hərbçi yaralanıb

17

Sentyabr
16:24
DÜNYA
206

"Kedicik kralı"nın məhkəməsi başlayır

17

Sentyabr
16:23
DÜNYA
180

Qaxda qəza, 3 nəfər yaralandı

17

Sentyabr
15:57
HÜQUQ,HADİSƏ
176

SOCAR 400 şam ağacı əkdi

17

Sentyabr
15:38
ÖLKƏ
204
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-09-2019 02:19



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru