Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Aprel

2019
15:23
1150
Bayıl sakinlərinə xoş xəbər

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri və ətraf qəsəbələrdə əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir.

Səhmdar Cəmiyyətin Tədbirlər Planına uyğun olaraq Səbail rayonunun 20-ci sahə yaşayış massivində içməli su layihəsinin icrasına başlanılıb.

Səbail rayonunun 20-ci sahə massivində icra olunan layihə Gülbala Əliyev, Arif İsmayılov, Çernyaxovski və Yüzbəy Mürsəlov küçələrini əhatə edir. İndiyədək bu ərazidə içməli su təchizatı əhali tərəfindən primitiv qaydada yaradılmış və uzun müddətdir istismarda olunan şəbəkələr hesabına aparılıb. Burada yaşayan əhli günaşırı olmaqla fasiləli rejimdə içməli su ilə təmin edilirdi. Mövcud su xətləri istismara yarasız  vəziyyətdə olduğundan tez-tez qəzalar baş verirdi və suyun təzyiqini artırmaq mümkün olmurdu. Bütün bunlar nəzərə alınaraq həmin küçələrin içməli su təchizatı sistemlərinin yenidən qurulmasına qərar verilib. Layihə çərçivəsində adıçəkilən küçələrdə müxtəlif diametrli borularla 5,4 km uzunluğunda su xətləri inşa edilir. Yeni şəbəkədən hər bir evə birləşmə verilərək sayğaclar quraşdırılacaq.

“Badamdar qəsəbəsinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində “+190 Badamdar” su anbarından 20-ci sahə yaşayış massivinə içməli suyun verilməsi məqsədilə 2,2 km uzunluğunda magistral su kəməri inşa edilib. Bu magistralın və yeni yaradılan sistemin imkanlarından istifadə etməklə bu ərazidə yaşayan 30 mindən çox insanın su təchizatı əsaslı şəkildə yaxşılaşacaq.

20-ci sahə yaşayış massivinin su təchizatında dayanıqlıq təmin edildikdən sonra ərazidə yerləşən “Şimal” nasos stansiyasının fəaliyyəti dayandırılacaq. Layihə çərçivəsində 20-ci sahə ərazsində açıq kanallarla axıdılan tullantı suların toplanması məqsədilə 2 km uzunluğunda kanalizasiya xətlərinin tikintisi də planlaşdırılır.

Məqalədə : Bayıl 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Merkel yenidən titrətdi - VİDEO

27

İyun
12:07
DÜNYA
2925

Sumqayıtda 18 yaşlı gənc itkin düşüb - FOTO

27

İyun
11:49
HÜQUQ,HADİSƏ
1509

Rusiya Tacikistanı İŞİD-dən qoruyacaq

27

İyun
11:27
DÜNYA
1331

DİM iyunun 30-da növbəti imtahanlar keçirəcək

27

İyun
11:23
ELM / TƏHSİL
41

Həftər ordusu məğlub olur

27

İyun
10:59
DÜNYA
974

Abituriyentlərə yeni imkan yaradılıb

27

İyun
10:55
ELM / TƏHSİL
1206

Yanacaq doldurmağa girmişdi, dünyasını dəyişdi

27

İyun
10:54
HÜQUQ,HADİSƏ
988
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-06-2019 12:20



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru