Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Aprel

2019
12:16
“Kaspersky Lab” açıqladı: BU SERİALLA VİRUS YAYIRLAR!

Kibercinayətkarlar zərərli proqram təminatlarını yaymaq üçün son vaxtlar məşhur televiziya seriallarının pirat versiyalarını istifadə edirlər. 

FaktXəbər-in məlumatına görə, Kaspersky Lab-ın mütəxəssisləri son iki ildə məşhur olan teleşouların epizodlarını təqdim edən  zərərli faylların yüklənməsi statistikasını təhllil edərək belə qənaətə gəliblər.  Ən “viruslu” 2018-ci ildə  bütün zərərli faylların 17% təşkil edərək “Taxtların oyunları” serialı olmuşdur. Maraqlıdır ki, keçən il bu fantastika dramının yeni seriyaları çıxmayıb. Müqayisə üçün qeyd edək ki, 2017-ci ildə, bütün dünya bu serialın yeni sezonuna baxan zaman, bu göstərici 22% olmuşdu.

Ümumiyyətçə, zərərvericilər “Taxtların oyunları” vasitəsi ilə bütün dünyada 21 minə yaxın istifadəçiyə hücum ediblər. Kaspersky Lab-ın mütəxəssisləri hesab edirlər ki, ən təhlükəli serialın hər sezonun ilk və son seriyaları olur: məs bu seriyalarla zərərvericilər daha çox zərərli fayllar gizlətməyə çalışırlar. Ən aktiv isə serialın ilk epizodu olan “Qış yaxındadır”  epizodunu istifadə edirlər.  

Kaspersky Lab-ın ekspertləri indiyə kimi “Taxtların oyunları” adı ilə 33 növ təhlükə və 505 zəzərli proqram təminatları qeydə alıblar. Ən çox istifadəçilər troyan (üçdə bir hallarda), reklam proqram təminatı (28%) və yükləmələr (21%) istifadə edirlər.

Birincilərin təhlükəsi çox aydındır: troyanlar yoluxmuş cihaza böyük zərər verə bilər, konfidensial məlumatların oğurlanmasından tutmuş gadjet üzərində tam nəzarəti ələ keçirməyə qədər. Ancaq reklam proqram təminatı üzərindən yaranan risk çox da aydın deyil, bu zərəvericilər istifadəçinin rəqəmsal cihazlarla qarşılıqlı fəaliyyətində lazımsız reklamları göstərməklə və ya axtarışın nəticələrini dəyişdirərək ciddi təsir edə bilər.

“Biz görürük ki, zərərli proqram təminatlarını yayanlar məşhur teleserialların pirat versiyalarına güclü maraq göstərirlər: onlar sevdikləri şouların yeni seriyasını daha tez görmək istəyən  istifadəçilərin səbirsizliyindən istifadə edirlər.  “Taxtların oyunları” serialının son sezonunun çıxması ərəfəsində kibercinayətkarların yenı aktivliyini gözləmək olar – yəqin ki, yeni seriyalar adı altında zərəli proqram təminatlarının sayı artacaq” – bunu Kaspersky Lab-ın antivirus üzrə mütəxəssisi Anton İvanov deyib.

“Taxtların oyunları”-ndan başqa yüksək yoluxma riski həmçinin digər məşhur serial olan “Gəzən ölülər”-dən (təbii ki, söhbət onun pirat versiyasından gedir) gəlir. 2018-ci ilin potensial təhlükəli serialların top siyahısına həmçinin “Ox”, “Fors-majorlar”, “Vikinqlər”, “Böyük partlayış nəzəriyyəsi”,”Qeyri adi”, “Ehtirasın anatomiyası”, “Bu bizik” və “Yaxşı həkim”  filmləri daxildir.

Kasperski Lab məşhur serialların adı altında yayılan zəzərli proqram təminatlarının qurbanına çevrilməmək üçün istifadəçilərə aşağıdakıları məsləhət görür:

Yoxlanılmış, əqli mülkiyyət hüquqlarını qoruyan multimediya kontenti istehsal edən və  yayan legitim servisləri seçin;

Yüklənən faylın genişlənməsinə fikir verin - əgər bu videofayldırsa, heç bir halda .exe  genişlənməsi ola bilməz (ancaq zərərli proqram təminatlarında belə hallar tez-tez olur)

Veb-saytın saxta olub olmamasını yoxlayın, o cümlədən əvvəldə https yazılması və URL ünvanının düzgün yazılmasını;

Yeni seriyaların nümayışını elan edən şübhəli linklərə keçməyin – rəsmi cədvəli təqib etməniz və baxışları ona uyğun etməniz yaxşı olar;

Bütün növ hücumları tanıyan və blok edən etibarlı qoruma həlləri istifadə edin, məsələn Kaspersky Security Cloud.

Məqalədə : Taxtların oyunları 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
12130

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
10835

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
12288

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
11867

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
17224

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
11669

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
11849
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


03-08-2020 15:26





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru