Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Aprel

2019
16:11
1184
Mövsüm Səmədov: Azərbaycanda yaşamağımızı istəyiriksə...

Azərbaycan İslam Partiyasının sədri, hazırda Qobustan Qapalı Tipli həbsxanada məhbus həyatı yaşayan doktor Hacı Mövsüm Səmədov yaxınları ilə görüş zamanı Dağlıq Qarabağ probleminin həlli ilə bağlı danışıqların nəticələri, Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyi və işğalçı dövlətin müdafiə nazirinin məsuliyyətsiz, təhdid dolu mesajına münasibət bildirib.

FaktXəbər olaraq, M.Səmədovun fikirlərini oxuculara təqdim edirik:

“Dağlıq Qarabağ münaqişəsində hazırkı reallıqlar, danışıqlarda Ermənistanın qeyri-konstruktiv mövqe tutması, xüsusən işğalçı dövlətin məsul şəxslərinin, heç nədən çəkinməyərək, verdikləri açıqlamalar onu göstərir ki, Ermənistan nəinki geri çəkilmək, işğal etdiyi torpaqları əsl sahibinə qaytarmaq istəmir, hətta Azərbaycana qarşı yeni işğalçılıq niyyətindədir.

Baş verənlərdən münaqişənin sadəcə iki qonşu dövlət arasında torpaq iddiası səbəbilə olduğu nəticəsini çıxarmaq, məncə, düzgün deyil. Bu işğal faktorunun uzun illər davam etməsi və indiyə kimi həll olunmaması beynəlxalq güc mərkəzlərinin Azərbaycana, müsəlman dövlətinin malik olduğu hər şeyə, xüsusən geostrateji nöqtədə yerləşməsinə yönələn diqqətin nəticəsi kimi görünür.

Dünyada işğalçılıq və istismarçılıq siyasəti yürüdən dövlətlər tərəfindən Dağlıq Qarabağ torpaqlarının, digər müsəlman məntəqələrinin hərbi təcavüzə, işğala məruz qalması, şübhəsiz ki, istila, istismar niyyəti daşıyır. Amma Ermənistan nə elə bir hərbi, nə də başqa güc qüdrətinə malikdir.

Düşünürəm ki, problemin həllinin ATƏT-in Minsk Qrupuna həvalə olunması sadəcə Ermənistanı hərbi məğlubiyyətdən, başqa sözlə Azərbaycan ordusunun əks hücumundan müdafiə məqsədi daşıyır. Azərbaycan torpaqlarının işğal altında qalması isə xalqımızın maraqlarına cavab vermir.

Ermənistanin Müdafiə Naziri David Tonoyanın Azərbaycana qarşı yeni torpaqların işğal edilə biləcəyi mesajı bir daha onu göstərir ki, Dağlıq Qarabağın işğaldan azad olunması istiqamətində 30 ilə yaxın aparılan mübarizə və siyasət həlledici nəticə vermir.

Düşünürəm ki, ölkədə sağlam demokratik mühitin yaradılması, xarici siyasətdə isə, Ermənistan istisna olmaqla, bütün qonşu dövlətlərlə səmimi, sağlam iqtisadi, siyasi, mənəvi münasibətləri yaxşılaşdırmaq və inkişaf etdirməklə bir çox regional problemləri, o cümlədən DQ problemini daha asan və daha itkisiz, Azərbaycanın maraqları çərçivəsində həll etmək mümkündür.

Dediyim kimi, Azərbaycan strateji cəhətdən beynəlxalq qüvvələr üçün böyük önəm daşıyır. Dünyanı bu və ya digər xalqın sərvət payı hesabına idarə edən qara qüvvələrin xortumları boşa çıxmayınca, onlar üçün bu “əhəmiyyətli” münaqişə ocaqları sönməyəcək. O cümlədən də Azərbaycan xalqını və dövlətini təhlükə və təhdid altında qoyan bu qlobal münaqişə ATƏT-in Minsk Qrupunun “səyi” nəticəsində hələ çətin ki, öz müsbət həllini tapacaq.

Münaqişədən sui-istifadə edərək, regionda siyasi-strateji maraqlarını güdən qütblərin problemin həllinə Türkiyə və İran İslam Respublikasının rəsmən cəlb edilməsinə imkan verməmələrinin əsas səbəbi də məhz quruma üzv dövlətlərin qütb maraqlarından irəli gəlir.

Əslində bu məsələ Ermənistanın istəyi və Azərbaycanın arzusu ilə həll olunmur. Problemin həllinin sadə yolu isə, hesab edirəm ki, Minsk Qrupundan birmənalı şəkildə imtina etməkdən ibarətdir. Butün bu problemlərin həlli, əslində, həm də Azərbaycan xalqının iradəsi sayəsində işğal edilmiş ərazilərin azad edilməsinə, təhlükəsiz, suveren Azərbaycanın ərazi bütövlüyünün bərpasına imkan yaradacaq ”.

Məqalədə : Mövsüm Səmədov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Zəvvarların ilk qrupu Vətənə dönüb - FOTO

21

Avqust
15:45
MƏNƏVİYYAT
260

Azərbaycan Çinlə birgə kombi istehsalına başladı

21

Avqust
15:31
İQTİSADİYYAT
138

Polis Balakəndə əməliyyat keçirib, saxlanılan var

21

Avqust
15:18
HÜQUQ,HADİSƏ
158

Bakıda yol qəzası - sıxlıq yarandı

21

Avqust
15:00
NƏQLİYYAT
186

Bakı bulvarında sadə çay verilmir - VİDEO

21

Avqust
14:36
ELM / TƏHSİL
228

Bakıda avtoservisdən “Niva” oğurlanıb

21

Avqust
12:28
HÜQUQ,HADİSƏ
170
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-08-2019 00:13



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru