Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

Bir daha göstərmə!
Sosial şəbəkədi səhifələrimizə abunə olun ki, başqa maraqlı xəbərləri qaçırmayasınız!

10 Aprel

2019
15:31
252
Buraxılış imtahanlarının nəticələri 25-dən sonra elan olunacaq

Ümumi (9 illik) orta təhsil bazasında keçirilən buraxılış imtahanlarının materiallarının yoxlanılma prosesi haqqında statistik məlumatlar açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən Faktxeber.com-a verilən məlumata görə, 3, 10 və 17 mart tarixlərində cari ilin məzunları, martın 31-də isə ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları, əvvəlki illərdə təhsil sənədi ala bilməyən və eksternat qaydasında imtahan verən məzunlar üçün imtahanlar keçirilib.

4 istiqamət üzrə keçirilən imtahanlarda ümumilikdə 115 mindən artıq şagird iştirak edib.

Bu imtahanlarda şagirdlərə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə onların bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə qapalı və açıq tipli 45 tapşırıq təqdim edilib. Bu suallardan 26-sı açıq tipli, yəni yazılı cavab vermək tələb olunan tapşırıqlardır. İmtahanın birinci mərhələsində şagirdlər hər fən üzrə maksimal 30, ikinci mərhələdə isə 70 bal toplaya bilərlər. İkinci mərhələdə yalnız qapalı tipli tapşırıqlardan istifadə olunur. Beləliklə hər iki mərhələ üzrə 135 tapşırıqdan 109-u ənənəvi qapalı formada olan tapşırıqlardır və şagirdlər yalnız bu qapalı tapşırıqların bir hissəsinə cavab verməklə də müsabiqə şərtlərini ödəyərək orta ixtisas təhsili müəssisələrinə qəbul ola bilərlər.

Yazı işləri (açıq tipli tapşırıqların cavabları) DİM və onun regional bölmələrində müvafiq təhlükəsizlik tələblərinə cavab verən ekspertiza (yoxlama) zallarında, qapalı şəraitdə, kompüter arxasında markerlər tərəfindən yoxlanılır. Yazı işlərinin yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.

Qeyd edək ki, yazı işlərinin markerlər tərəfindən yoxlanılmasına qədər materialların emalı bir neçə mərhələdən keçir. İlk növbədə tikilmiş və kitabça formasında olan cavab vərəqləri kəsilərək “scan” olunmaq üçün hazırlanır. Daha sonra hər bir yazı işi “scan” edilir və elektron təsvirləri əldə olunur. Bu mərhələdə proqram vasitəsilə şagirdi identifikasiya edə biləcək məlumatlar da vərəqlərdən silinərək şifrələnmə aparılır. Növbəti mərhələdə isə xüsusi proqram vasitəsilə yazı işlərinin tapşırıqlar üzrə elektron kəsilməsi həyata keçirilir və markerlərə təqdim olunur.

4 zona üzrə keçirilən (3, 10, 17 və 31 mart) imtahanlarda ümumi yazı işi sayı

Ümumi yazı işlərinin sayı 3062546 olsa da, hər bir yazı işinin 2 marker tərəfindən qiymətləndirildiyini nəzərə alsaq (markerlərin qiymətləri arasında fərq yarandıqda həmin yazı işi proqram tərəfindən 3-cü markerə göndərilir) ən azı 6125092 yoxlama işi həyata keçirilir.

Yoxlama zamanı markerin kompüterinin monitorunda yazı işinin müəllifi haqqında heç bir məlumat (ad, soyad, ata adı, şagird kodu, ünvan və s.) verilmir. Monitorda yalnız yazı işi, yazı işini qiymətləndirmək üçün meyarlar və qiyməti daxil etmək üçün müvafiq sahə göstərilir.

Göründüyü kimi imtahan materiallarının emalı kifayət qədər mürəkkəb və uzun müddət tələb edən bir prosesdir. Müxtəlif təyinatlı beynəlxalq imtahanlar zamanı da iştirakçılar tərəfindən yazılı şəkildə cavablandırılması tələb olunan tapşırıqların yoxlanılması və nəticələrin elan edilməsinə 1 ay və daha çox vaxt sərf olunur.

Hazırda Dövlət İmtahan Mərkəzində qeyd olunan imtahanların materiallarının emalı prosesi (yoxlama prosesi mütəmadi olaraq DİM-in saytı vasitəsilə canlı yayımlanır) davam etdirilir və nəticələr əvvəlcədən elan olunduğu kimi ay yarım müddətində məlum olacaqdır. Nəzərə almaq lazımdır ki, bu növ sonuncu imtahan bir neçə gün əvvəl martın 31-də keçirilib. Nəticələr aprelin 25-dən etibarən imtahan keçirilən zonaların ardıcıllığına uyğun mərhələ-mərhələ elan olunacaq.

Aşağıda 3, 10, 17 və 31 mart tarixlərində keçirilmiş imtahanlarda olan hər bir fənn üzrə materialların emalı ilə əlaqədar 10 aprel 2019-cu il tarixədək görülmüş işləri təqdim edirik.

Azərbaycan dili fənni üzrə 1-ci, 2-ci və 3-cü zonanın bütün yazı işləri yoxlanılıb və başa çatıb. 4-cü zona üzrə yazı işləri “scan” olunub, tapşırıqlar üzrə ayrılıb və etalonlar hazırlanılıb. Bu gün və sabah 4-cü zona üzrə yazı işlərinin yoxlanılması həyata keçiriləcək.

Rus dili (təlim dili kimi) fənni üzrə 1-ci 2-ci və 3-cü zonanın bütün yazı işləri yoxlanılıb başa çatıb. Hazırda 4-cü zonanın yazı işlərinin yoxlanılması keçirilir.

Riyaziyyat fənni üzrə 1-ci, 2-ci və 3-cü zonanın bütün yazı işləri yoxlanılıb başa çatıb. 4-cü zona üzrə yazı işləri “scan” olunub, tapşırıqlar üzrə ayrılıb və etalonlar hazırlanılıb. Bu gün və sabah 4-cü zona üzrə yazı işlərinin yoxlanılması həyata keçiriləcək.

İngilis dili fənni üzrə 1-ci, 2-ci və 3-cü zonanın bütün yazı işləri yoxlanılıb başa çatıb. Hazırda 4-cü zonanın yazı işlərinin yoxlanılması keçirilir.

Alman və Fransız dilləri üzrə 1-ci, 2-ci və 3-cü zonanın bütün yazı işləri yoxlanılıb başa çatıb. Hazırda 4-cü zonanın yazı işlərinin yoxlanılması keçirilir.

Rus dili (xarici dil kimi) fənni üzrə 1-ci, 2-ci və 3-cü zonanın bütün yazı işləri yoxlanılıb başa çatıb. Hazırda 4-cü zonanın yazı işlərinin yoxlanılması keçirilir.

Ərəb dilindən 1-ci, 2-ci və 3-cü zonanın bütün yazı işləri yoxlanılıb başa çatıb. Hazırda 4-cü zonanın yazı işlərinin yoxlanılması keçirilir.

Fars dilindən 4-cü zonanın yazı işləri bu gün yoxlanılır.

Məqalədə : imtahan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

3 aya Bakıda 14 cinayətkar qrup ifşa olunub

22

Aprel
19:57
HÜQUQ,HADİSƏ
646

Aprelin 23-nə manatın məzənnəsi

22

Aprel
19:44
İQTİSADİYYAT
80

Azərbaycan İranda 4 terminal inşa edəcək

22

Aprel
19:39
İQTİSADİYYAT
97

51 icra məmuru vəzifəsindən azad olunub

22

Aprel
19:07
HÜQUQ,HADİSƏ
88

Limonun çəyirdəyi lətindən daha faydalı imiş

22

Aprel
16:56
AİLƏ, SAĞLAMLIQ
191

Sabirabadda yeni doğulan əkiz uşaqlar ölüb

22

Aprel
16:53
HÜQUQ,HADİSƏ
83
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-04-2019 06:37



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru