Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Aprel

2019
11:40
570
Salyan-Biləsuvar avtomobil yolu yenidən qurulur - FOTO

Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 81-ci kilometrdə ayrılan və Biləsuvar şəhərinə gedən avtomobil yolunun yenidən qurulması işləri aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən FaktXəbər-ə bildirilib ki, yol II texniki dərəcəli olmaqla uzunluğu 14 kilometr, hərəkət hissəsinin eni 7,5 metr, torpaq yatağının eni 15 metrdir. Yolboyu zəruri yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əvəzinə yararlı qrunt tökülərək kipləşdirilib və yeni yol yatağı inşa edilib. Bunun ardınca karxana çınqılı materialından 16 santimetr qalınlıqda əsasın alt layı, 15 santimetr qalınlıqda optimal çınqıl qarışığından isə əsasın üst layı inşa edilib. Yolun əsasının və çiyinlərin tikintisinə ümumilikdə 90 min kubmetr çınqıl və optimal-çınqıl qarışığı sərf edilib. Hazırda yolboyu iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.

Yolboyu 2 nöqtədə avtobus dayanacağı, 118 ədəd müxtəlif yol nişanları və göstərici lövhələr quraşdırılacaq, hərəkətin normal təşkili üçün 42 kilometr uzunluğunda bütöv və qırıq-qırıq olmaqla sarı və ağ rəngdə nişanlanma xətləri çəkiləcək.

Məqalədə : Salyan-Biləsuvar avtomobil yolu 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Paşinyanın oğlu Yerevana qaçdı

24

May
15:07
DÜNYA
334

Azərbaycanda yeni neft-qaz yataqları axtarılacaq

24

May
14:31
İQTİSADİYYAT
1288

Məşhur şirkətdən "Huawei"yə zərbə

24

May
14:26
İQTİSADİYYAT
687

Milli Oftomologiya Mərkəzi Şəkidə də açılacaq

24

May
14:21
AİLƏ, SAĞLAMLIQ
814

Sabahın hava proqnozu açıqlanıb

24

May
12:55
ÖLKƏ
1453

Qədr gecəsində nə etməli?

24

May
12:44
RAMAZAN AYI
1404
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2019 15:47



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru