Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Aprel

2019
09:53
504
`Müsavat` və `Milli Şuraya` mitinq keçirməyə icazə verilmədi

Müsavat Partiyasının və Milli Şuranın müraciətinə ''yox'' deyildi.

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın aprelin 6-da, Müsavat Partiyasının isə aprelin 7-də “Məhsul” stadionunda keçirmək istədiyi mitinqlə bağlı müraciətlərə rədd cavabı verib.

Müsavat Partiyasının başqanı Arif Hacılı icra hakimiyyətinin cavabının Konstitusiyaya və “Sərbəst toplaşmaq haqqında” qanuna ziddi olduğunu deyib.

“Biz bununla bağlı hüquqi müstəvidə mübarizəmizi davam etdirəcəyik. Hakimiyyətin münasibətinə cavab olaraq Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəyik və qərarın qəbul olunmasına nail olacağıq. Siyasi müstəvidə də mübarizəmiz davam edəcək. Artıq sərbəst toplaşmaq azadlığına hakimiyyətin münasibəti ümummilli məsələyə çevrilib. Söz, ifadə azadlıqları və digərləri sərbəst toplaşmaq azadlığı təmin olunduqdan sonra baş verir. Ona görə sərbəst toplaşmaq azadlığının təmin edilməsinə nail olmaq üçün bütün gücümüzü səfərbər edəcəyik”.

A.Hacılı əlavə edib ki, yaxın vaxtlarda partiyanın rəhbər orqanları icra hakimiyyətinin cavab məktubunu müzakirə edib qərar qəbul edəcək.

BŞİH Müsavat Partiyasının və Milli Şuranın əvvəlki mitinqlərinə də icazə verməmişdi.(meydan.tv)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı

20

Sentyabr
16:35
HÜQUQ,HADİSƏ
298

Günün qarşılaşmaları TV AFİŞA

20

Sentyabr
15:57
İDMAN
232

Bu il 150 milyondan çox sərnişin daşınıb

20

Sentyabr
15:56
NƏQLİYYAT
164

ABŞ kubalı diplomatları ölkədən qovur

20

Sentyabr
14:54
DÜNYA
153

Yol polisi ilə sürücü əlbəyaxa oldular - VİDEO

20

Sentyabr
14:15
HÜQUQ,HADİSƏ
383

"Huawei Mate 30"smartfonu nümayiş olunub - VİDEO

20

Sentyabr
12:39
MARAQLIDIR
296

Naxçıvanda KİVDF yaradıldı

20

Sentyabr
12:25
ÖLKƏ
235

Şəmkirdə ağır yol qəzası baş verib

20

Sentyabr
12:12
HÜQUQ,HADİSƏ
186
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-09-2019 00:42



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru